Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xarakterdən doğan xəstəliklər – Həkimlər xəstəliyi daha dərinə “qovur”
Tarix: 10-10-2017 | Saat: 14:58
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


Xəstəliklər daxili, yaxud xarici harmoniyanın pozulmasıdır. İnsan təbiətin bir parçasıdır. Ona görə də ətraf aləmlə harmoniyada yaşamayan adamı təbiət xəstəliklər və uğursuzluqlarla cəzalandırır. Başqa sözlə, Allah insanı yaraıb və onun üçün qanunlar qoyub. (Əslində qanunları əvvəlcədən bildirmişdir). Bu qanunların pozulması günah hesab olunur. Günahlara görə isə bu dünyada cəzalar mövcuddur. Müəyyən bir xəstəliyə və ya uğursuzluğa düçar olan insan bunun səbəbini bilməlidir, bilmirsə tənbəl şüuruna müraciət etməlidir. Və səhvini düzəltməlidir. 

Xəstəlik bir xəbərdarlıqdır. O siqnal göndərir ki, filan orqana (deməli, filan xasiyyətinə) diqqət yetirməlisən. Biz əgər həkimə gedib onu sadəcə ört-basdır ediriksə, sonradan xəstəlik yenidən və daha böyük qüvvə ilə hücum çəkəcəkdir. Çünki səbəb aradan qalxmamışdır. Səbəb isə daha dərindədir. Müasir təbabət  nə qədər şaxələnsə də, diaqnostik aparatlar nə qədər təkmilləşsə də, həblər nə qədər yeniləşsə də, yeni-yeni xəstəliklər yaranır, nəticədə cəzalanma metodları daha sərtləşir. 

Deməli, tənbəl şüurdakı səbəblər aradan götürülməyincə nəticə ilə mübarizə aparmağın xeyri yoxdur. Nəticəyə pis bir şey kimi baxmaq düz deyil.
 "Nə əkərsən aşına, o da çıxar qaşığına”, xəstəliyə minnətdar olmaq lazımdır ki, o təzahür edərək müəyyən bir davranışımızın ətrafla harmoniyada olmadığı barədə bizi xəbərdar edib. Əbəs yerə "həkim” sözü yaranmayıb. Müalicə işi hikmətlə bağlı olmalı, şüurdan, bədəndən daha dərin qablarda olan tənbəl şüur səviyyəsində aparılmalıdır. Əlbəttə ki, ağrıları azaltmaqla həkim xəstənin əzablarını yüngülləşdirməlidir. Lakin orqanizmin özü-özünü bərpa etməsində onun "daxili həkiminə” kömək etməlidir.

İnsanlar o qədər tənbəlləşiblər ki, xəstələnən kimi özləri passiv qalaraq sağlamlıq məsələsinin həkimlərə aid olduğunu düşünürlər. Həkimlər də min illər ərzində formalaşmış şablon üsullarla diaqnoz müəyyən edir və ona uyğun dərmanlarla xəstəliyi "qovurlar”. Amma hara qovulur xəstəlik? Gəldiyi yerə. Xəstəlik orada məqam gözləyir, amma növbəti dəfə daha güclü şəkildə qayıdır.

İncildə bu barədə yazı vardır: "Xəstəliyi qovarkən onun yerini sevgi ilə doldurmaq lazımdır. Yoxsa öz yerini boş görəndə, yeddi qardaşını da götürüb orada məskən salacaqdır”. Nəzərə alaq ki, İncil İsa peyğəmbər kimi dünyanın ən adil həkiminə nazil olmuşdu, elə bir həkimə ki, ölülərə də  can verə bilirdi. Onda yuxarıda deyilənlərin nə qədər doğru olduğu aydın olar.(medicina.az)





Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___