Masazırda su altında qalmış avtomobillər satışa çıxarılacaq - AÇIQLAMA
Tarix: 10-10-2017 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakıda bir neçə gün davam edən aramsız yağışlar şəhər əhalisinin ciddi narahatlığına səbəb oldu. Yağış suları, paytaxtın kanalizasiya sisteminin zəif işlədiyi və ya ümumiyyətlə mövcud olmadığı ərazilərində böyük fəsadlara yol açdı. Nəticədə, həmin ərazidə yerləşən evlər, ticarət obyektləri su altında qaldı, əhaliyə ciddi maddi ziyan dəydi. Su altında qalan obyektlərdən biri də "Bank Standart"a məxsus avtomobil dayanacağı idi. Meydançaya yığılmış onlarla avtomobil də su altında qalaraq, yararsız vəziyyətə düşüb. Sual yaranır: su altında qalan avtomobillərə dəymiş zərəri kim ödəyəcək? Sığorta mütəxəssisləri bildirirlər ki, avtomobillərə dəymiş zərəri ödəmək də olar, ödəməmək də.
Sığorta mütəxəssisi Nicat Əlibəylinin sputnik-ə açıqlamasına görə, belə hadisələr zamanı icbari sığorta heç bir rol oynamır. "Çünki icbari sığorta qəzaya uğramış avtomobilə dəyən zərəri ödəmək üçün nəzərdə tutulan sığorta növüdür. Amma kasko sığortası olan maşınlarda vəziyyət fərqlidir. Könüllü olan kasko sığorta zamanı avtomobilə dəyən istənilən zərərə görə sığorta almaq olar" - o bildirib. "Sadəcə kiçik bir nüans var: hər şirkətdə müqavilə şərtləri fərqlidir. Yəni, elə sığorta şirkəti var ki, kasko sığorta müqaviləsində təbii fəlakətləri nəzərə alır, digərləri isə bunu nəzərə almır. Deməli, həmin dayanacaqda olan avtomobillərin təbii fəlakət zamanı dəyən ziyanı ödəyəcək kasko sığortası varsa, həmin maşına dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək" - Əlibəyli əlavə edib. Ekspert qeyd edib ki, sürücülər müqavilə bağlayan zaman diqqətli olmalıdırlar: "Avtomobilini kasko sığorta etmək istəyən şəxslər müqaviləyə imza atmazdan öncə mütləq şəkildə şərtləri diqqətlə oxumalıdırlar ki, sonra belə hallar olanda problem yaşamasınlar".
Sığorta eksperti Xəyal Məmmədxanlı isə bildirib ki, su altında qalan maşınlar girovda olan, krediti ödənilməyən maşınlardır: "Həmin maşınlardan hansının kasko sığortası varsa, o zaman zərər nə qədərdirsə, sığorta məbləğindən artıq olmamaq, franşızanı çıxmaq şərti ilə sığorta şirkəti tərəfindən ödəniləcək".
"Yəni, sığorta məbləği avtomobilin sığortalandığı məbləğdir və hər hansı bir hadisə baş verərsə, sığorta şirkəti ən çox o məbləğə qədər pul ödəyir. Ona görə də, bu zaman zərərin dəyəri də önəmli rol oynayır" - həmsöhbətimiz vurğulayıb.
Mütəxəssis ziyan dəymiş maşınların yaxın gələcəkdə, hətta satışa çıxarılacağını da qeyd edib: "Çox güman ki, su altında qalan avtomobillər şirkət tərəfindən "qurudulacaq" və satışa çıxarılacaq".
Xəbəri paylaş
8458 dəfə oxunub.
Digər xəbərlər

25-10-2016, 15:02
Şabranda VƏHŞƏT: Yatan qardaşını baltaladı və... (TƏFƏRRÜAT)
8-12-2017, 13:09
Bayram süfrəsi neçəyə başa gələcək?
20-09-2015, 12:46
Səninlə evlənəcəyəm deyib qızla cinsi əlaqədə oldu
28-06-2015, 20:48
Gən qıza DƏHŞƏTLİ işgəncə -Ürəyi zəif olanlar baxmasın (VİDEO)
7-08-2021, 11:15
3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır - RƏSMİ
13-04-2016, 13:14
Jurnalist Rasim Əliyevin qətli ilə bağlı məhkəmə iclasına şahidlər məcburi qaydada gətiriləcək
10-04-2016, 22:45
Qarabağda döyüşmək istəyənlərlə bağlı - AÇIQLAMA
25-01-2020, 18:22
Sumqayıtda mənzildə qadın meyiti tapıldı
29-07-2017, 22:26
Müdafiə Nazirliyindən “Tofiq İbrahimov”la bağlı - Bəyanat
9-12-2022, 10:29
Bakıda nəzir yığan gözdən əlil soyulub