Azərbaycanlı çoban "O səs Türkiyə"də şou göstərdi - VİDEO
Tarix: 09-10-2017 | Saat: 10:18
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər
Dünən axşam Türkiyənin TV8 telekanalının efirində yayımlanan populyar “O Səs Türkiyə” yarışının seçmə turunda azərbaycanlı internet istifadəçilərinin yaxşı tanıdığı neftçalalı çoban Pərvin Səfərov uğurla çıxış edərək əsas mərhələyə vəsiqə qazanıb.
TV8-in rəhbəri və proqramın aparıcısı Acun Ilıcalı azərbaycanlı ifaçını təqdim edərkən onun “YouTube”da qoyunların arasında ifa edərək söylədiyi mahnını yerləşdirməsindən sonra məşhurlaşdığını deyib. Qeyd etmək lazımdır ki, Pərvini yarışa məhz təşkilatçılar özləri dəvət ediblər.
“Nazəndə sevgilim” mahnısını ifa etdikdən sonra münsiflər heyətinin 4 üzvündən 3-nün Pərvini öz komandasına seçmək istədiyi məlum olub. Bundan sonra neftçalalı çoban ilk dəfədir ki, Türkiyəyə və İstanbula gəldiyini deyib və Acun Ilıcalı komandasının üzvlərindən azərbaycanlı ifaçı üçün şəhər turu təşkil etmələrini xahiş edib.
Xatırladaq ki, sosial mediada məşhurlaşmasından sonra Azərbaycan Milli Konservatoriyası Pərvin Səfərovu Bakıya – musiqi təhsili almağa dəvət etmişdi. Lakin Dövlət İmtahan Mərkəzi onun ali məktəbə, yaxud kollecə imtahansız qəbul edilməsinin mümkün olmadığını bildirib və qeyd edib ki, bunun üçün mütləq beynəlxalq müsabiqələrin laureatı olmaq lazımdır. Bundan sonra neftçalalı çoban yenidən doğma rayonuna qayıtmağa məcbur olmuşdu.
Son olaraq qeyd edək ki, “O Səs Türkiyə”də Pərvin Səfərov çıxışını Murat Bozun komandasında davam etdirəcək.
Xəbəri paylaş
7848 dəfə oxunub.
Digər xəbərlər

22-01-2019, 02:34
Azərbaycanda 25 il dərsə qayıqla gedən müəllim - VİDEO
1-07-2015, 19:17
Prezident Tovuza 4,5 milyon manat ayırdı
1-05-2015, 14:19
Müğənni Röya həmkarı Zamiq Hüseynovla istirahətə yollanıb.
5-03-2022, 11:14
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
15-11-2015, 23:51
Akif Çovdarov 3 milyonluq borcu sildirib - Sensasion ittihamlar
5-11-2016, 16:11
“Günəşli”də zəlzələ - Neftçilər təxliyyə olundu
10-11-2016, 12:40
Fransa səfirliyinə qumbara atdılar
24-03-2016, 17:25
Müavin oğlu kənd sakinini həbs etdirdi: ZƏRDABDA SKANDAL
12-12-2015, 18:55
Bakıda “Lion” kafesində törədilən qətldə şübhəli bilinən şəxs tutulub