Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Natavan Həbibi: “Evdar xanım kimi həyata davam edirəm” - MÜSAHİBƏ
Tarix: 07-10-2017 | Saat: 12:38
Bölmə:Karusel / Şou-Biznes / Müsahibə | çapa göndər





Xeberaz.az müğənni Natavan Həbibinin Qafqazinfo-ya müsahibəsini ixtisarla təqdim edir.
 
- Yay aylarının əvvəlindən etibarən Natavan Həbibinin toyu əsas gündəmi zəbt etdi. Düşünürəm ki, daha çox aktual olmağa başladız. İctimaiyyət sizin Səid Əliyevlə nikahınızı daha çox müzakirə edir, sizin həyatınız onlara maraqlıdır. 
 
- Çox təəccübləndim. Heç bir müğənninin toyunun bu qədər marağa səbəb olduğunu görməmişəm. Çox böyük sensasiya oldu. Toyda inananlar, inanmayanlar, ürəklə iştirak edənlər oldu. Bu, həyatdır, yaşayırıq, görürük. Marağın özü xoş oldu və bir qədər bezdirdi. Hansı saytı, instaqram səhifəsini açırdınsa, toyla bağlı paylaşımlar edirdilər. İnsanların fikirləri, rəyləri bizi narahat edə bilirdi. Saxta profillər çoxdur, qərəzli şərhlər yazılır, bizi başqa cür təqdim etməyə çalışırdılar. Natavan Həbibi illərdir ki, çətinliklərin içərisində olduğu üçün belə şeylərə sinə gələ bilər. Çox şey görmüşük, problemləri aşmışık. Toyu problem hesab etmirəm. İnsanın həyatında xoş bir məqamdır. Sadəcə olaraq danışılan söz-söhbətin problemini yaşadım. Gördüz ki, hər şeyi zamana buraxdım. İnsanların gözləri öyrəşdi, toyun doğru olduğuna inandılar. 
 
- Toydan qabaq da sizin evlənmə məsələniz gündəmdə idi. Media da nə vaxt evlənəcəyiniz barədə sizə suallar verirdi.
 
- Hamıya belə suallar ünvanlayırdılar. Bunun səbəbini bilmirəm. Toydan qabaq maraq var idi ki, nə vaxt olacaq? Toydan sonra isə “doğrudan oldu?” kimi suallar meydana gəldi. Həyatdır, öyrəşmişəm ki, hər addımım səs-küyə səbəb olur. Hətta heç düşünmədən instaqram səhifəmdə yayımladığım hansısa paylaşım müzakirə olunur. Hamı hər addımımda ikinci məna axtarır. Vaxtı gözləyirəm ki, bir müddət sonra unudulacaq. 
 
- Səid Əliyevlə illər əvvəl tanış olmusuz. Mən bildiyim qədərilə siz dost olmusuz, bu dostluq daha sonra sevgiyə çevrilib. Necə oldu ki, evlənmək barədə qərara gəldiz?
 
- Bəli, biz çoxdan tanışıq. Günlərin bir günü bu, baş verdi. Bizim tarixçə barədə çox danışmaq istəmirəm. Alındı da (gülür).
 
- Bəlkə də öncə evlənəcəyiniz şəxsin kimliyini gizlətdiz, bu səbəbdən daha çox müzakirə olunduz. Belə ola bilərmi?
 
- Bir çox versiya irəli sürüldü, adlar sadalandı. Sonda isə heç kəsin gözləmədiyi bir insan ortaya çıxdı. Bu da yəqin ki, marağa səbəb oldu. 
 
- Sizi onsuz daha çox şou-tədbirlərində görmürdük, evə bağlı bir müğənni kimi tanıyırıq. Yəqin ki, evlilik həyatına adaptasiya olmaq çətin deyil.  
 
- Heç bir çətinliyim yoxdur. Çox rahatam, hər zaman evdə oturmağa üstünlük vermişəm. Vaxtilə şou proqramlar, toylar, tədbirlərdə çox olmuşam. Bunlardan insan doyur, evdə daha çox vaxt keçirmək istəyirsən. Toydan sonra bir tək evi dəyişdim, əvvəl necə idimsə, elə də evdar biri kimi həyata davam edirəm. İndi bir qədər işlərimiz çoxdur, evdə çox otura bilmirik, studiyada oluruq. Evdə olmağa çox üstünlük verirəm. Başqa yerdə olanda çox narahat oluram. 
 
- Deyirlər ki, şou-biznesin ən gözəl toylarından biri oldu. Niyə 3 gəlinlik dəyişdiz? 
 
- Çox gözəl toy keçdi. Xoş günümüzdə iştirak edən hər kəsə təşəkkür edirəm. Hamı çox səmimi və ürəkdən iştirak etdi. Onlar toyumu bəzədilər, istədiyim kimi keçdi. Hətta təkrarını istəyirəm. O qədər yorulmuşdum ki,.. 
Gəlinlik mövzusuna yaxşı toxunduz. İndiyənə kimi səhifəmdə şərh yazırlar ki, niyə 3 gəlinlik.?! İndi onun mənasını açmaq istəyirəm. Toydan qabaq bütün qızlarımız kimi xına mərasimimi keçirmək istəyirdim. İnsanam, belə bir arzum vardı ki,  Xuraman Şuşalı mərasimi aparsın, qızlar əylənsin. Vaxt baxımından alınmadı. Düşündüm ki, bunu toyun içərisində etsəm, daha maraqlı olar və belə bir ənənə formalaşar. Bu səbəbdən ilk əvvəl geyindiyim gəlinliyi xına üçün dəyişməli idim. Xına gəlinlikdə yox, başqa bir paltarda olmalı idi. Hamı kimi qırmızı yox, qum rəngində paltar seçdim. Bu,mənim zövqümdür. Təbii ki, xına mərasimindən sonra eyni gəlinlik olmazdı, düzgün çıxmazdı. İstədim ki, xınadan sonra üçüncü paltarı geyinim. Burda heç bir qəbahət yoxdur. Ümid edirəm ki, belə bir halla heç kimi narahat etmədim. Bizə uyğun bu idi. 
 
- Sizin toya telefonları qadağa qoymağınız barədə xəbər yayılmışdı. Bu da etirazla qarşılanmışdı.
 
- Bunu heç yerdə deməmişdim. Bir jurnalist dostumuz var, telefonla onunla zarafat etdim. Söylədim ki, sən toya kamerasız gəl, telefonu əlindən alacağıq. Daha sonra bu söhbət yayıldı. Əslində bu fikirdə olmuşdum. İstərdim ki, dostlarımdan xahiş edim ki, məndən qabaq şəkil paylaşmasınlar. Düzgün fikirləşmişdim. Toyun ilk saniyələrindən etibarən fotolar yayıldı. Uğursuz şəkillər yerləşdirildi və insanların qarşısına bizi pis təqdim etdilər. Nə paltar gözəl göründü, nə də ki, biz. Mən təkcə bunun əleyhinə idim. İstəyirdim ki, keyfiyyətli fotolar yerləşdirilsin, hər kəs bizi olduğumuz kimi görsün. Amma sağ olsunlar, hamı çəkib paylaşdı (gülür). 
 
 
- Nikahdan sonra nə dəyişdi? Elə bil ki, sizi şou-biznesin heç bir üzvü ilə görmürük. Səbəb nədir?
 
- Toydan sonra təkcə Səidə Sultanla görüşmüşəm. Demək olar ki, heç kimi görmürəm. Dostlarla görüşməyə hələ ki, vaxtım yoxdur. Hamı zəng vurur, maraqlanır. Hələ belə bir tempə düşməmişəm. 
 
- Amma dəvət olunmaq istəyənlər də var idi. Aygün Kazımova, Röya Ayxan xoş gününüzdə iştirak etmək istədiklərini demişdilər. 
 
- Bu işin üzərində şou etmək istəyənlər çox oldu. Ən gözəl günüm olduğundan şoulaşdırmaq istəmədim. İstəmədim ki, toyun özü hər şey üçün yetərli olacaq. 
Bundan əlavə, hər iki xanıma öz təşəkkürümü bildirirəm, balalarının toyunu görsünlər. Toyumda ancaq doğrudan da, münasibətimin olduğu insanları çağırmışam. Orada səmimiyyət olmalı idi. Düşünə bilərəm ki, onlar da ürəkdən iştirak etmək istəyərdilər. Sadəcə olaraq bu söhbətlər toy ərəfəsində çıxmamalı idi. 




Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___