Azərbaycanlı biznesmənə görə Dağıstanda qarşıdurma: avtomatlardan atəş açıldı - VİDEO
Tarix: 07-10-2017 | Saat: 09:48
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
Mahaçqala şəhərinin yaxınlığında yerləşən Krasnoarmeyski qəsəbəsində dramatik hadisələr yaşanıb.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, yerli sakinlər dövlətin yaşayış məntəqəsi üçün ayırdığı torpaq sahəsi üstündə yerli hakimiyyətlə davaya qalxıb. Əhalinin fikrincə, məmurlar həmin torpağı öz adlarına qeydiyyatdan keçiriblər.
Kənd administrasiyası və tikinti işlərini aparanlarla söz güləşdirmə bir müddət sonra əsl davaya çevrilib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Camaat hüquq-mühafizə orqanı əməkdaşlarının maşınını daşa tutublar və avtomobil tərəfə zir-zibil atıblar. Yalnız polis əməkdaşlarının tabel silahına müraciət etməsindən sonra kütlə "özünə gəlib" və dağılışıb. Qeyd olunur ki, polis havaya atəş açıb.
"15 ildən çoxdur ki, bizi bura köçürərkən dövlətin ayırdığı 49 hektar torpaq ərazisini qoruyub saxlamağa çalışırıq", - Krasnoarmeyski sakinlərindən biri deyir. Onun sözlərinə görə, yerli məmurlar camaatın icazəsi olmadan torpağı öz adlarına qeydiyyatdan keçiriblər, lakin əhali burada tikinti işlərinin aparılmasına yol verməyib.
"Bu ərazidə bizim qəbiristanlığımız da yerləşir. Lakin indi məlum olur ki, torpağın Azərbaycandan gəlmiş yeni sahibi var. O, ağır tikinti texnikasını sahəyə salaraq burada hansısa işləri aparmaq istəyib. Biz buna qarşı çıxdıq və etiraz aksiyası keçirdik. Administrasiyadan məmurlar gəldi. Texnikanı mübahisəli əraziyə buraxmırdıq, lakin polis əməkdaşları araya girdi. Zabitlərin göstərişinə baxmayaraq, geri çəkilmədik. Sonra uşaqlar asayiş keşikçiləri ilə davaya girişdilər. 10 nəfər tutulub", - sakin qeyd edib.
Xəbəri paylaş
6968 dəfə oxunub.
Digər xəbərlər

17-02-2016, 17:05
Müəmmalı qəzadan xəbər var: Müstəntiq səhvini qəbul etdi
5-11-2017, 13:05
Məleykə Əsədova: “Qızım nazir olmaq istəyir” – VİDEO
22-04-2017, 15:41
WhatsApp-da daha bir möhtəşəm YENİLİK
21-10-2015, 19:01
Yeddi aylıq körpə nar dənəsindən boğuldu
25-07-2017, 11:28
Elə bilirsiniz atanıza oxşayırsınız? - Genetiklərin şok açıqlamaları
30-01-2016, 13:03
2016 FEVRAL AYINADA ULDUZLAR BİZƏ NƏ VƏD EDİR
24-03-2017, 23:18
Türkiyə millisi qalib gəldi
17-01-2016, 14:08
Xaçmazda süni qiymət artımına qarşı reyd keçirilib
18-12-2017, 11:11
Tanınmış aparıcının ərə getməyə hazırlaşdığı keçmiş nazirin oğlu özünü öldürdü - İntihardan bir neçə dəqiqə öncə... - FOTO
16-08-2022, 12:41
Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb