"Nardaranda, yəqin ki, ömrümün sonuna qədər tikəcəyəm..." - Ağalarov - FOTO
Tarix: 04-10-2017 | Saat: 12:43
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
Məşhur azərbaycanlı biznesmen-müğənni Emin Ağalarov Bakıda bu ilin avqustunda keçirdiyi "Jara" musiqi festivalına 5 milyon dollar xərc çəkdiyini, 2.5 milyon dollar ziyan etdiyini deyib.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen "Forbes" jurnalının rus versiyasına müsahibəsində bildirib ki, ötən ilki festivalda ziyan 1.4 milyon dollar idi.
"Mən buna istənilən başqa biznes növü kimi baxıram. İki-üç il ərzində qoyulan xərcin geri qaytarılmasına ümid etmirəm. Məsələn, otel biznesinə qoyulan yatırım 10-12 ilə geri qayıdır. Kommersiya daşınmaz əmlaka qoyulan pulları 8-10 ildən tez geri qaytarmaq mümkün deyil. Festival inkişaf edir, işlər belə getsə mən beynəlxalq məşhurların çıxışı üçün ayrıca gün ayıracağam. Bunu Amerika telekanallarından birində translyasiya da etmək olar, festival ildən ilə inkişaf edəcək və mən "Jara"dan qazanmağa başlayacam", - Ağalarov deyib.
Biznesmen festivalın öz malikanəsində keçirilməsinə görə xərclərin daha az olduğunu deyib. O, festivalın keçirildiyi, Nardaranda yerləşən "Sea Breeze" kurort kompleksində tikintinin davam etdiyini bildirib.
"Bu tikinti nə vaxt başa çatacaq?" sualına Ağalarov gülərək belə cavab verib: "Yəqin ki, ömrümün sonunda. Hələlik biz ərazinin təxminən yarısını - 35 hektarı mənimsəmişik. Lakin artıq "Sea Breeze" festivaldan da kənar insanların gəlib dincəldiyi yerə çevrilib. Orada, demək olar ki, heç vaxt boş yer olmur, yaxud çox az olur. Ona görə də mən apartament-komplekslər də tikməyi planlaşdırıram ki, daha çox insanlar gəlib Xəzərin sahilində dincələ bilsin", - o bildirib.
Xəbəri paylaş
1 3918 dəfə oxunub.
Digər xəbərlər

3-06-2019, 09:31
Ramazanın 29-cu gününün duası
15-06-2016, 21:41
Türkiyənin bu bölgəsində komendant saatı elan edildi
27-12-2019, 12:37
"Hər ay pensiyamdan 200 manat pul köçürməyə hazıram"
23-09-2015, 00:21
Siqnal verəndə ehtiyatlı olun: Cəzalandırıla bilərsiniz - VİDEO
4-09-2021, 12:01
Şəhid xanımı tələbə oldu - FOTOLAR
27-01-2020, 15:08
Bakıda polisdən ƏMƏLİYYAT: Silahlı şəxslər tutuldu - FOTO
23-03-2015, 22:35
Yaqub Musayevin ölümündən 1-il (bir il) keçir...
27-01-2016, 14:25
İmmuniteti artıran bitki çayları - RESEPT
20-05-2016, 16:43
“Arazbarı” sənədli filminin təqdimat mərasimi
6-03-2021, 11:28
İlham Əliyevdən 8 Mart təbriki