Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pedro Enrike və xanımı səhraya üz tutdu
Tarix: 04-10-2017 | Saat: 11:48
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər


Milli komandanın DÇ-2018-in seçmə mərhələsindəki oyunları əlaqədar ölkə çempionatında yaranan fasilədən təkcə klublar yox, futbolçular da səmərəli istifadə edirlər. Apasport.az saytının məlumatına görə, 14 oyunçusu əsas yığmaların düşərgələrinə qoşulan “Qarabağ”da digər əcnəbilərə də istirahət verilib.
 
Yay fasiləsində PAOK-dan icarəyə götürülən Pedro Enrike və “Legiya”dan transfer edilən Yakub Jezniçak dincəlmək üçün eyni məkanı seçiblər. Belə ki, braziliyalı və polşalı oyunçu sıx qrafiklə başlayan mövsümün yorğunluğunu Birləşmiş Ərəb Əmirliklərində çıxırlar.
 
Sosial şəbəkələrdə fəallığı ilə diqqət çəkən Jezniçak bunu izləyiciləri ilə də bölüşüb. Həmçinin Pedro da instaqram hesabı vasitəsilə xanımı ilə birlikdə Dubay səhralığından şəkil paylaşıb. “Sambaçı”nın “yenilənən enerji” başlığını qoyduğu fotoya azarkeşlər də rəy bildiriblər.
 
Qeyd edək ki, Çempionlar Liqasının II turunda “Roma” ilə Bakıda keçirilən qarşılaşmada (1:2) “Qarabağ”ın yeganə qolunun müəllifi Pedro Enrike olub.





Xəbəri paylaş

5398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___