Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qoca ata-anasını öldürən qatil danışdı: "Bacımla uşağını da öldürəcəkdim"
Tarix: 26-09-2017 | Saat: 13:30
Bölmə:Karusel / Hadisə | çapa göndər


Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.
 
Rayon Polis Şöbəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.
 
Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki, Ş. Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasına onu evə buraxdıqlarına görə etiraz edib.
Məlumatlarda o da bildirilir kİ, Ş. Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub. 
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
 
Faktla əlaqədar cinayət işi başlanıb.


Xəbəri paylaş

9178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___