Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Belə etsəniz, paltarınızın rəngi solmaz - 6 FAYDALI MƏSLƏHƏT
Tarix: 24-09-2017 | Saat: 10:07
Bölmə:Karusel / Maraqlı | çapa göndər

#MARAQLI
Bir çox hallarda aldığımız geyimlər bir neçə dəfə geyindikdən sonra öz rəngini itirməyə başlayır. Hətta onu bir daha yumağa qorxuruq ki, tamamilə rəngini itirərək, solacaq. Bəs necə edək ki, paltarlarımızın rəngi solmasın? Bununla bağlı sizə faydalı məsləhətlər veririk.
Soda
 
Ağ geyimlərinizin ilk günki kimi görünməsini istəyirsinizsə, ağ geyimlərinizin yuyulma suyuna bir stəkan soda əlavə edə bilərsiniz.
 
Qara istiot
 
Geyimlərinizi paltaryuyan maşına qoymazdan əvvəl ona bir çay qaşığı qara istiot əlavə edin. Qara bibər həm paltarlarınızın rəngini, həm də parçasını qoruyacaq. Diqqət edəcəyiniz tək məqam isə suyun isti yox, ilıq olmasıdır.
 
Sirkə
 
Paltarlarınızın daha ağ görünməsi üçün onları durulayarkən sirkə əlavə edə bilərsiniz.
 
Duz
 
Rəngli və qara geyimlərin rənginin solmaması üçün onları duzlu suda islağa qoymaq lazımdır.
 
Yumurta qabığı
 
Ağ paltarlarınızı qaynadarkən ona yumurta qabığı əlavə etsəniz, ağappaq nəticəyə nail olacaqsınız.
 
Çay və qəhvə
 
Əgər tünd rəngli paltarlarınızın solmasından şikayətçisinizsə, onları dəmlənmiş çay, ya da qəhvə ilə yuya bilərsiniz.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___