Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - YENİLƏNİB
Tarix: 22-09-2017 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə | çapa göndər


15:41
Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində baş verən yanğın zamanı polis əməkdaşı xəsarət alıb.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.
Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.
-----------
10:45

Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.
Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
----------


Xəbəri paylaş

5198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___