Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Britaniyalı Qafqaz əsirləri (VİDEO, FOTO)
Tarix: 30-06-2015 | Saat: 12:52
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Britaniyalı Qafqaz əsirləri (VİDEO, FOTO)
Şotlandiya hökumətinə müraciət etmiş neft mütəxəssisləri Bakıdan çıxmağa yardım istəyiblər
Britaniya vətəndaşları Mark Manro (Mark Munro) və Alan Teyt (Allan Tait) Şotlandiya hökumətinə müraciət edərək onların Azərbaycan paytaxtından çıxa bilmələrinə yardım göstərməyi xahiş ediblər.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Bakıda “SOCAR CAPE” şirkətində çalışmış sənaye təmizləyicisi Mark Manro və mexanik Alan Teyt may ayının əvvəllərində gecə klubuna buraxılmadıqlarına görə dava salmışdılar. Bu barədə yayılmış videokadrlardan görünür ki, gecə klubuna girə bilməyən qonaqlar mühafizəçiyə bir neçə yumruq atıb. Yerli mətbuat həmin dava zamanı mühafizəçinin çənəsinin sındığı barədə məlumat yaymışdı.

Əhvalatın sonrakı hissəsini Alan Teyt “Scotsman.com” saytına etiraf edib. O, doğrudan da, Bakıda davaya qatıldığını və hadisənin qurbanlarından birinə bir neçə min funt-sterlinq cərimə ödədiyini etiraf edib. Yəni iş bağlanıb və Britaniya vətəndaşlarına öz iş yerlərinə qayıtmağa icazə verilib.

Amma Mark Manronun dediyinə görə, bir neçə gün sonra onlar yenidən dindirilmək üçün polis bölməsinə çağırılıblar. Polisdə onların pasportları müsadirə olunub. Britaniya səfirliyinin işə qarışmasından sonra sənədləri özlərinə qaytarılıb, amma onların ölkədən çıxmasına qadağa qoyulub.


Mark Manro və nişanlısı Karyse Anderson

Artıq hadisədən iki aya yaxın vaxt keçib və britaniyalı işçilər kömək üçün Şotlandiya hökumətinin birinci naziri Nikola Stercenə müraciət ediblər. Britaniyanın Azərbaycandakı səfirliyi Mark Manro və Alan Teytə yardım edə bilmədiklərini bildiriblər. Onlar istintaq prosesinə qarışmaq istəmədiklərini deyiblər.

“SOCAR CAPE”in işçiləri isə indi vəziyyətlərinin "qorxulu" olduqlarını bildirirlər. Bakıda oteldə qalan Mark Manro və Alan Teyt böyük pullar xərclədiklərini bildirirlər. İlk dəfə öz ölkəsindən kənarda işləmiş Alan Teyt hazırda vahimə içində olduğunu söyləyir. Alanın analığı Paulin “Scotsman.com” saytına bildirib ki, oğulluğunun vəziyyəti onu ciddi narahat edir.

Azərbaycanın hüquq mühafizə orqanları isə məsələ ilə bağlı məsuliyyəti konkret olaraq üzərlərinə götürmək istəmirlər. Polisdən işin məhkəməyə keçirildiyini, məhkəmədən isə məsələ ilə bağlı məhkəmə işinin gündəmdə olmadığını bildirirlər: “Bu, inzibati bir məsələdir. Bununla bağlı heç bir məhkəmə işi yoxdur”,- deyə Nəsimi rayon məhkəməsindən ANS PRESS-in əməkdaşına bildiriblər.

Yəni belə başa düşülür ki, adı ölkədən çıxa bilməyənlər siyahısına düşmüş Britaniya vətəndaşları hələ Bakı otellərində çox qalmalı olacaqlar. Çünki onların üzərindən ölkədən çıxma yasağını götürəcək məhkəmə işi olmayacaq. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanı yaranmış durumun ölkə üçün mənfi imic formalaşdırdığını vurğulayır: “Düzdür, onlar müdafiə üçün bizim təşkilata müraciət etməyiblər. Amma ölkənin neft sektorunda işləməyə gəlmiş xarici vətəndaşın bu cür çətinliklərlə üzləşdirilməsi doğru deyil" - deyə Mirvari Qəhrəmanlı vurğulayıb. Onun fikrincə, Britaniya vətəndaşları üzərlərindən ölkədən çıxma qadağasının götürülməsi üçün apleyasiya şikayəti etməlidirlər və bu işdə onlara yardım edilməlidir.



Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___