Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran-İraq müharibəsinin başladığı gündür - 1 milyon insan...
Tarix: 22-09-2017 | Saat: 10:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İran-İraq müharibəsinin başladığı gündür



Bu gün İran-İraq müharibəsinin başlandığı gündür.
1980-1988-ci illəri əhatə edən müharibə İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda gedirdi. 22 sentyabr 1980-ci ildə İraq ordusu İranın Xuzistan əyalətinə hücum edib, bu da müharibənin başlanmasına səbəb olub. İraqlılar müharibənin ilk dövründə uğurlar qazansa da, tezliklə İran ordusu bunun qarşısını alıb. 2 il sonra, 1982-ci ilin iyununda isə İran işğal olunan ərazilərini İraqdan tamamilə ala bilib. Növbəti 6 ildə İran bir çox hücum əməliyyatları keçirib.  
Qeyd edək ki, iki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra gərginləşib. Müharibənin başlanmasına səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:  Ərəb-fars etnik konflikti; Ərazi mübahisəsi - İraqın İrana qarşı ərazi iddiaları (Xuzistan əyalətini ələ keçirmək planları, Şəttül-Ərəb çayının bölünməsi problemi, İraqın Küveyti öz əyalətinə çevirmək istəyinə qarşı İranın etirazları); Siyasi görüşlərdə müxtəliflik; Sünni-şiə qarşıdurması; Dünya bazarında neft ixracı uğrunda rəqabət; İki dövlət rəhbərlərinin şəxsi ambisiyaları. 
1980-ci il sentyabrın 28-də BMT Təhlükəsizlik Şurası 479 saylı "İran və İraq arasındakı münasibətlərin mövcud vəziyyəti" adlı qətnamə qəbul edib. Qətnamədə münaqişə tərəflərindən hərbi əməliyyatların dayandırılması və münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll edilməsi, eyni zamanda digər dövlətlərin konfliktin genişlənməsi və gələcək eskalasiyasına səbəb ola biləcək hərəkətlərdən çəkinməsi tələb edilirdi. 1987-ci il 20 iyulda - BMT Təhlükəsizlik Şurası "İran və İraq arasındakı əlaqələrin vəziyyətinə dair" 598 saylı qətnamə qəbul edib. 1988-ci ilin iyulunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə İran-İraq danışıqları başlanıb. Xomeyni BMT TŞ-nin 1987-ci il 598 saylı qətnaməsinin tələblərini qəbul edib.
Birləşmiş Millətlər Təşkilatının və İslam Konfransı Təşkilatının vasitəçiliyi ilə 1988-ci il avqustun 20-də bütün cəbhələrdə atəşkəs rejiminin tətbiqinə başlanılıb və bununla da müharibə dayandırılıb. 20 avqustda imzalanmış atəşkəs 25 avqustda qüvvəyə minib.
Müharibədə tərəflərdən heç biri özünü məğlub hesab etməyib. 1990-cı il oktyabrında İraq-Küveyt böhranından sonra İraq 1975-ci il Əlcəzair müqaviləsinin şərtlərinə və talveq xətti üzrə müəyyənləşmiş sərhədlərə qayıtmağa razı olub. İraq onun nəzarəti altında olan İran ərazilərindəki hərbi hissələrini çıxarıb və İranın irəli sürdüyü digər öhdəlikləri də qəbul edib. Əsirlərin dəyişdirilməsi həyata keçirilib və 2 dövlət arasında diplomatik əlaqələr bərpa olunub. Müharibə dayandırılsa da, sülh müqaviləsi imzalanmayıb, yalnız atəşkəs elan edilib.  
Hərbi əməliyyatların gedişində hər iki tərəfdən 1 milyon nəfərdən çox insan tələf olub. 40 mindən çox hərbçi əsir düşüb. Müharibənin hər iki tərəfə vurduğu zərərin ümumi miqdarı 350 milyard dollar həcmində olduğu hesab edilir.(metbaut.az)



2768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___