Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Meksika silkələndi: azı 140 ölü - YENİLƏNİB-2
Tarix: 20-09-2017 | Saat: 09:31
Bölmə:Karusel / Gündəm / Hadisə / Dünya | çapa göndər




Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb. Xeberaz.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente bildirib.   
 
“Hazırda 139 nəfərin ölməsi barədə məlumatımız var: 64 nəfər – Morelos ştatında, 36 – Mexikoda, 29 – Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerero ştatında ölüb”, - deyə Luis Felipe Puente bildirib.
 
Foro TV telekanalı isə təbii fəlakət zamanı 143 nəfərin öldüyünü iddia edir.  
 
Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb.
 
Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.
 
Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.  
 
Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.
 
Təkanlar paytaxt Mexikoda hiss olunub. Məlumata görə, Benito Xuares adına hava limanının  fəaliyyətini müvəqqəti dayandırılıb. 
 
 
 
 
**** 00.32
 
Meksikanın Morelos ştatında 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb.    Bu barədə ştatın qubernatoru Qrako Ramires bildirib.  
 
Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.
 
Son məlumata görə, təbii fəlakət nəticəsində 5 nəfər ölüb.    
 
Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.   
 
Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.
 
Təkanlar paytaxt Mexikoda hiss olunub. Məlumata görə, Benito Xuares adına hava limanının  fəaliyyətini müvəqqəti dayandırılıb.   
 





Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___