Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanım işçilər aktyor Elçin Hacını niyə döyüblər? - VİDEO
Tarix: 16-09-2017 | Saat: 21:30
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər


İrəvan Dövlət Dram Teatrının gənc aktyoru Elçin Hacı xanım həmkarları tərəfindən fiziki zorakılığa məruz qalıb. Bununla bağlı görüntülər yayılıb. Bir neçə gündür sosial şəbəkələrdə yayılan görüntülər müzakirə obyektinə çevrilib.
Xəbəraz.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülərdən aydın olur ki, əvvəl qapını bağlayıb, onu otaqdan çıxmağa qoymayan xanımlar, sonradan qapını açıb, aktyora hücum çəkərək onu otaqdan çıxarmağa çalışırlar.
Aktyorun iş və sənət yoldaşı, İrəvan Dövlət Dram Teatrının aparıcı aktyoru Əjdər Zeynalov şahid kimi hadisənin təfərrüatlarını danışıb. O deyir ki, baş verənlər Elçin Hacının teatr rəhbərliyi ilə bağlı sosial şəbəkədə yazdığı statusdan qaynaqlanır.
Əjdər Zeynalov iddia edir ki, sosial şəbəkədə status yazılandan sonra teatrın xanım işçiləri Elçin Hacıya dəhlizdə hücum çəkiblər. Gənc aktyor özünü müdafiəyə cəhd göstərməyə macal tapmamış xanımlar onu otağa salıb qapını bağlayıblar.
Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra aktyor evə buraxılıb. Hazırda vəziyyəti yaxşı olsa da o, masahibə vermək istəmədi. Teatrın direktoru İftixar Piriyevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməsini istədik.
İftixar Piriyev şifahi olaraq aktyor Elçin Hacının iddialarının tam əksini söylədi. Onun sözlərinə görə, gənc aktyor, xanım həmkarlarını təhqir edib. Buna görə də ona teatr rəhbərliyi tərəfindən şiddətli töhmət verilib.
Mədəniyyət və Turizm Nazirliyindən isə bildirdilər ki, hadisə haqda yeni xəbər tutublar və hazırda nazirliyin müvafiq şöbəsində məsələ ilə bağlı araşdırma aparılır.


Xəbəri paylaş

1 0478 dəfə oxunub.

Digər xəbərlər
25-03-2015, 21:03 Telefonunuz sizi tanıyacaq

bütün xəbərlər
____ Instagram ___