Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elza Sabir Rüstəmxanlı və Baba Vəziroğlunu məhkəmə ilə HƏDƏLƏDİ - VİDEO
Tarix: 14-09-2017 | Saat: 11:18
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər



Əməkdar artist Elza Seyidcahan xalq şairi Sabir Rüstəmxanlını və  Baba Vəziroğlunu məhkəmə ilə hədələyib.Xəbəraz.Az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan əməkdar artist bildirib ki, həmin şairlər onu tənqid etdiyinə görə, məhkəməlik ola bilər:
 
“Böyük şairlərimiz “Tikim sizin ağzınızı” şeirinin dərinliyinə varmadılar. Çəkinmədən onların adlarını açıqlayacam. Sabir Rüstəmxanlı ilə Baba Vəziroğlu. Onların adını niyə çəkirəm? Çünki onların mənə qarşı etirazlarını gördüm. Mən bu şeiri yaratmışam, oturmuşam evimdə. Görürəm ki, mənə söz göndərirlər ki, Elza bunu düz etmir. Mən də onları məhkəməyə vermirəm, özlərinə cavab verirəm. Amma mənim ixtiyarım var ki, onları məhkəməyə verim. Mənim yaradıcılığımda qüsur yoxdur. Əslində yaradıcılıq odur ki, küt beyinləri açır. Yoxsa o qədər toz basmış kitablar var ki... Deyirlər ki, mənim şeirim söz yığnağıdır. Əgər söz yığnağıdırsa, sizi niyə bu qədər düşündürür?  Eybi yoxdur, siz mənim şeirimə gülə bilərsiz. Gülənlərə demək istəyirəm ki, mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm”. 




Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___