Qarabağın Çempionlar Liqasında ilk sınağı-Çelsiyə qarşı
Tarix: 12-09-2017 | Saat: 10:56
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.Ağdam klubu ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxacaq.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gələcək. Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutacaq. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridir. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr
22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
London. “Stemford Bric” stadionu
Xəbəri paylaş
5958 dəfə oxunub.
Digər xəbərlər

11-03-2015, 22:41
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı Nəticələr qısa zamanda məlum olacaq.
4-02-2017, 01:06
“Rafiq Masallinski”nin döyülməsi görüntüləri yayıldı
24-05-2016, 17:29
Yıldırımın oğlunun şəklini kim yayıb? – Foto
12-07-2022, 11:47
Ayağınızın altına soğan dilimi bağlayın - Xəstəlikdən xilas olun
18-07-2018, 18:16
Çavuşoğlu ilə Pompeo ilə danışdı – Kritik məqam
4-07-2018, 17:38
Aslan İsmayılov 1500 manat cərimələndi
17-11-2020, 14:40
Bakıdakı intihar hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
26-12-2016, 17:54
Alim Qasımov ustadı ilə belə vidalaşdı- HƏR KƏSİ AĞLATDI / VİDEO
11-06-2015, 21:23
Qadına qarşı gözyaşardıcı qazdan istifadə edən Türkiyə polisinə 20 aylıq həbs və 600 ağac əkmək cəzası verilib.
24-04-2018, 10:41
ATƏT təmas xəttində monitorinq keçirəcək