Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçaydakı qəzada yaralanan 9 nəfərdən 7-si bir ailənin üzvüdür - Yenilənib
Tarix: 9-09-2017, 23:10 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər


Göyçayda baş verən ağır avtomobil qəzası zamanı xəsarət alan 9 nəfərin adları məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Jiquli”də olan 7 nəfər - Qobustan rayonu Poladlı kənd sakinləri, 1976-cı il təvəllüdlü Quliyev Feyzi Rəcəb oğlu, 1970-ci il təvəllüdlü Quliyev Cümşüd Rəcəb oğlu, 2013-cü il təvəllüdlü Quliyeva Səbinə Feyzi qızı, 1997-ci il təvəllüdlü Quliyeva Şəhanə Feyzi qızı, 1980-ci il təvəllüdlü Quliyeva Şəhla Hacıbala qızı, 2002-ci il təvəllüdlü Quliyev Fərasət Feyzi oğlu, 1970-ci il təvəllüdlü Quliyeva Şəhla Xası qızı ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
“Mercedes”in sürücüsü, Bakı sakini Cavidan Ağazadə, sərnişini Göyçay sakini Natiq Məmmədov yüngül xəsarətlər aldığı üçün ona tibbi yardım göstərilərək evə buraxılıb. Sürücü Feyzi Quliyev vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı Şəhla Quliyevanın hamilə olduğu bildirilir. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.
 
Qeyd edək ki,  “Mercedes” markalı avtomobilin sərnişini Natiq Məmmədov Bakıdan Göyçaya, qardaşı Nicat Məmmədovun toy mərasiminə gedirmiş və yolda Qobustan sakininə məxsus “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  
 
**** 21.20
 
Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay sakininə məxsus “Mersedes” və Şamaxı sakininə məxsus “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri, 2012-ci il təvəllüdlü Quliyeva Səbinə Feyzi qızı və bacısı, 1997-ci il təvəllüdlü Quliyeva Şəhanə Feyzi qızı, eləcə də adları hələ məlum olmayan Göyçay sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır. Məlumata “Mersedes” markalı avtomobilin sürücüsü Bakıdan Göyçaya, qardaşının toy mərasiminə gedirmiş və yolda avtomobil qəzasına düşüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 



3818 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
26-02-2016, 17:40 Özünü evində asdı

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___