Tanınmış aktyorun evi yarıldı - toy üçün saxlanan pul və qızıllar aparıldı
Tarix: 09-09-2017 | Saat: 10:19
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Bakıda tanınmış aktyorun evindən oğurluq olub. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Qaraçuxur qəsəbəsi, 40/42/48/60 məhəllə, ev 4, mənzil 92-də yaşayan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun evindən oğurluq edilib.
Aktyorun APA-ya verdiyi məlumata görə, sentyabrın 8-də qardaşının evlənəcəyi xanımın qız toyu olub. Ailə toya gedib və evdə heç kim qalmayıb. Ailə üzvləri evə sentyabrın 9-u saat 00.15-də qayıdıb və oğurluq edildiyinin şahidi olub. Elnur Kərimov bildirib ki, qardaşının toyu üçün saxladıqları 2000 manat pul və külli miqdarda qızıl-zinət əşyaları aparılıb.
Hazırda hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları müayinələr aparır, mənzildən əl-barmaq izləri götürülür. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.
Xəbəri paylaş
7878 dəfə oxunub.
Digər xəbərlər

15-03-2021, 11:45
Bakıda keçiddə gecələyən qadınla bağlı açıqlama
3-06-2015, 12:16
Azərbaycanda dollar ucuzlaşdı
13-07-2017, 11:48
DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı AÇIQLAMA
20-11-2017, 10:17
Yeni il bayramında qeyri-iş günlərinin vaxtı açıqlanıb
20-11-2015, 15:19
Aygün Kazımova özünə yaraşıqlı oğlan axtarır
15-05-2017, 14:26
Azərbaycanda uzunömürlülüklə bağlı tədqiqatlar başlayacaq
6-08-2015, 00:20
Qadınlar mütləq oxusun! Arıq olmaq sonsuzluğa yol açır
13-04-2015, 21:41
İlk mobilni telefon necə yarandı
17-02-2017, 19:59
“Gəlinsiz toy elədim...” - Quda qatili +Video