Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı deputatlar “Çelsi”-“Qarabağ” oyununa getmək istəyir, amma...
Tarix: 08-09-2017 | Saat: 10:36
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.

Maraqlıdır, azərbaycanlı deputatlardan kimlərinsə Londona - həmin oyunu izləməyə getmək niyyəti varmı?
Deputatların cavablarını təqdim edirik.
 
Deputat Zahid Oruc deyib ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində olması Azərbaycan futbolunun inkişafından xəbər verir.
“”Qarabağ” sentyabrın 12-də səfərdə “Çelsi” komandası ilə qarşılaşacaq. Mənim səfərdə “Qarabağ”ı alqışlamaq, onlarla həmrəylik nümayiş etdirmək niyyətim vardı. Amma fiziki cəhətdən onları Londonda alqışlamaq və yanlarında olmaq imkanında deyiləm. “Qarabağ”ın Bakıda keçiriləcək oyunlarının hamısını izləyəcəm. Buna heç kimin də şübhəsi olmasın. Londonda yaşayan həmvətənlərimizi də “Qarabağ”a azarkeşlik etməyə çağırıram. İnanıram ki, onlar komandamızı layiqincə dəstəkləyəcəklər”.
 
Aqil Abbas bildirib ki, “Qarabağ” onun azarkeşlik etdiyi komandalardan birincisidir.
“Amma çox təəssüflər olsun ki, “Qarabağ”ın “Çelsi” ilə səfər oyununu izləyə bilməyəcəm. Mənim ingilislərdən zəhləm gedir. Çoxları düşünür ki, “Qarabağ” qrupda xal yığmayacaq. Mən isə deyirəm ki, “Qarabağ”ın 8 xalı olacaq. Biz “Roma”nı evdə və səfərdə məğlub edəcəyik. “Atletiko Madrid” və “Çelsi” ilə bərabərə qalacağıq. İnanıram ki, “Qarabağ” qrup ikincisi kimi mərhələ adlayacaq. Onun “Çelsi” ilə oyununu İngiltərədə izləməsəm də, Bakıda dostlarımla birgə izləyəcəm. Digər oyunlara isə gedib baxacam. Bura həm səfər, həm də ev oyunları daxıldir”.
 
Fazil Mustafa qeyd edib ki, “Qarabağ”ın səfər oyunlarını izləmək üçün müəyyən imkanlar lazımdır.
“Mənim buna imkanım çatsaydı, təbii ki, “Qarabağ”ın “Çelsi” ilə səfər oyununu izləyərdim. Amma komandamızın oyununu televiziya vasitəsilə izləyəcəm. “Qarabağ”ın ev oyunlarına isə Bakıda gedib baxacam. Komandamıza uğurlar arzulayıram”.
 
Xatırladaq ki, London təmsilçisi Ağdam klubu ilə matçın biletlərini 35 funt-sterlinqdən (75 manat) satışa çıxarıb. Uşaqlar və yaşlılar üçün biletlərin qiyməti isə 17,5 funt-sterlinqdir (38,5 manat).
(modern.az)


Xəbəri paylaş

9398 dəfə oxunub.

Digər xəbərlər
5-09-2016, 17:51 Sabah su olmayacaq

bütün xəbərlər
____ Instagram ___