Dr. Kamran Musayev Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik toplantısında iştirak edib
Tarix: 06-09-2017 | Saat: 17:29
Bölmə:Karusel / Səhiyyə / Foto-fakt | çapa göndər
Xəbəraz.Az xəbər verir ki,1-4 sentyabr tarixlərində Qazaxstanda Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci Beynəlxalq Konfransı keçirilib. Astana şəhərində baş tutan bu mötəbər tədbirdə dünyanın bir çox ölkəsinin qabaqcıl mütəxəssisləri iştirak ediblər.Toplantıda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil edib.
Konfransda "Aortal qapağın təmiri - Bakı təcrübəsi" (İsolated aortic valve repair- Baku experience) mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Dr. Kamran Musayevin bu əməliyyatların standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər. Dünyanın qabaqcıl mərkəzlərində aparılan "qapaqların təmir olunması əməliyyatlarının” Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması ölkəmizdəki ürək-damar cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilib.
Konfrans barədə fikirlərini bildirən Dr. Kamran Musayev praktik fəaliyyətlərində daima dünya ürək cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün bu kimi beynəlxalq konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib.
"Dünya Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak etmək kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır. Dünyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizə həm təcrübə mübadiləsi, həm də ölkəmizdə ürək-damar cərrahiyyəsində əldə etdiyimiz nailiyyətlər barədə əcnəbi kolleqalarımızı məlumatlandırmaq imkanı verdi.”
Konfrans zamanı Qazaxstanın yerli televiziyasına müsahibə verən Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat verib.
http://kamranmusayev.az/archives/896
Xəbəri paylaş
8248 dəfə oxunub.
Digər xəbərlər

14-08-2017, 11:34
Fərhad Əhmədov 100 milyonluq yaxtası və sarışın qadınla - Fotolar
21-10-2018, 18:02
Şamaxılıları "Şorik" adlandıran müğənni açıqlama yaydı: "Heç kim müdaxilə edə bilməz"
10-07-2023, 10:39
Bu gün və sabahla bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
16-07-2020, 18:24
Döyüş gedir: daha 20 erməni məhv edildi, şəhidimiz var - Video
23-04-2016, 13:04
Bakıda törədilmiş müəmmalı qətlin üstü açıldı
26-04-2022, 11:44
Yuxuda prezident görmək nə vəd edir?
14-01-2016, 11:17
Ordumuzdan düşmənə 122 atəş zərbəsi
9-10-2023, 20:02
İlon Mask: “Xameneinin mövqeyi bəllidir, məqsəd İsraili...” - FOTO
24-06-2015, 22:35
İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif etdi