Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda məşhur mağaza ilə müştəri arasında qalmaqal – FOTO
Tarix: 06-09-2017 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər



"Sabina" parfümeriya mağazası vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır. 
Xəbəraz.Az azxeber.com-a istinadən  xəbər verir ki, müştəri "Sabina" parfümeriya mağazasının vaxtı keçmiş mal satması haqda "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edib.
O, müraciətində "Sabina" parfümeriya mağazasının Əhmədli filialından 31.08.2017-ci ildə 62.40 AZN ödəyərək,  "Cristian Dior" markasına məxsus kirpik üçün masqara aldığını deyib. Ona verilən kassa çekinin üzərində VÖEN yoxdur.
"Evə gəldikdə, malın qutusunun baş hissəsindəki yapışqan kağızı qopardım və kağızın altında ştrix kod gördüm. Həmin kodu internetde kosmetik hesablayıcı saytına daxil olaraq yoxladım. Mənə məlum oldu ki, malın istehsal tarixi 2013-cü ilin sentyabr ayı və yararlılıq müddətinin bitməsi isə 2016-cı il avqust ayıdır". 
Daha sonra mağazaya zəng etdiyini vurğulayan müştəriyə satıcılar məhsulun yeni olduğunu, hətta 3-5 il istifadə edə biləcəyini də deyiblər: "Dərhal mağazaya zəng etdim (012 570 39 **), iradımı bildirdim, lakin satıcılar mənə birmənalı şəkildə "Bu məhsul təzədir, hətta 3-5 il istifadə etmək olar" dedilər. Mən onlara kodu deyəndən sonra onlar qeyd etdilər ki, malın üzərində yazılmış 6M işarəsinə görə istifadə edə bilərəm. Məlum oldu ki, 6M işarəsi üzərində yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Çoxsaylı "WhatsApp" yazışmalarımızda satıcının mal haqqında ardıcıl yalan informasiya verdiyi məlum oldu.
Xahiş edirəm, istehsalçı hüququmu qoruyasınız, mal qaytarılsın, ödədiyim 62.40 AZN mənim ünvanıma gətirilsin”.

Publika.az-ın əməkdaşı məsələ ilə bağlı, “Sabina”mağazalar şəbəkəsinin qeyd olunan ünvanındakı mağazası ilə əlaqə saxladı. Alıcıdan fərqli olaraq mağazadan bizə açıqlama zamanı məhsulun istifadə müddətinin keçdiyini inkar etmədilər:
“Hər 3-4 aydan bir baş ofisdən bizə istifadə müddəti bitən mallarla bağlı siyahı göndərilir. Ola bilər ki, bütün malların içərisində bir tuş gözdən qaçıb, onu görməyiblər. Bu qədər. O xanımla danışdıq, bir saata onunla görüşüb, pulunu qaytaracağıq. Bizim mağazamız böyükdür, "Cristian Dior", "Kenzo"ya iki qız baxır, ola bilər ki, bu məhsulun istifadə müddətinin bitməyi həmin qızların gözündən qaçıb. Sadəcə bu mal gözdən qaçıb, onu da bu xanım alıb”.
Əlbəttə, hər hansı şöbəyə nəzarət edən işçilərin az olması, istehlakçıya vaxtı keçmiş məhsulun satılmasına əsas vermir. Alıcı həmin məhsulu bilmədən istifadə edə bilərdi və bu zaman səhhətinə ciddi zərər verərdi. Kosmetoloqlar dəfələrlə istifadə müddəti bitmiş məhsullarla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlarda istifadə müddəti keçən tuşların gözlərdə bakteriya və infeksiyalara yola açma riski xüsusi vurğulanır. Bu halda isə kirpiklər tökülməyə başlayır.
Bu fakt isə “Sabina”dan alış-veriş edənlərdə məhsulun saxta olması təsəvvürünü yarada bilər. Çünki başqa malların da gözdən qaçmamasına heç kim zəmanət vermir.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıları diqqətli olmağa çağırıb.
“Bu faktla bağlı istehlakçı hüquqlarını qorumaq üçün işlər apardıq. Lakin məsələ bununla bitmir. İstehlakçılar təkrar bu cür hallarla qarşılaşa bilərlər. Ona görə istehlakçılara tövsiyə edirik ki, aldıqları məhsul üzərində kağız yapışdırılan hissəni qaldırıb, altındakı koda baxsınlar. Bununla da hüquqlarının pozulmasının qarşısını ala bilərlər”.
E.Hüseynov istehlakçılara aldıqları məhsulun üzərindəki kodla istifadə müddəti barədə məlumatı dəqiqləşdirməyi xəbərdarlıq edir:
“Məhsulun istifadə müddətinin nə zaman bitməsi ilə bağlı internetdə - kosmetik hesablayıcı (косметический калькулятор) yazaraq aldığınız kosmetik məhsulların istifadə müddətinin nə zaman bitməsi barədə məlumat əldə edə bilərsiniz. Bu ifadəni yazdıqdan sonra açılan səhifədə firmanın adı və məhsulun kodunu yazırsınız. Bu zaman məhsulun istehsal və bitmə tarixini öyrənə bilərsiniz”.
Qeyd edək ki, bu, “Sabina” mağazalar şəbəkəsi ilə bağlı yaşanan ilk hal deyil. Bu cür problemlər daha çox endirim kampaniyaları zamanı yaşanır. Ötən il də “Sabina”mağazalar şəbəkəsindən alıcılara yalançı endirim mesajlarının göndərilməsi barədə məlumatlar yayılmışdı. Belə ki, vətəndaş mağazadan məhsul almaq istəyərkən ona endirimin həmin məhsula aid olmadığı bildirilmişdi. Beləliklə, vətəndaş məcbur olub məhsulu endirimsiz almalı olub. Bu da alıcıların açıq şəkildə aldadılması və hüquqlarının pozulmasıdır.




Xəbəri paylaş

7558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___