Qəbələdə limonad sexinin fəaliyyəti dayandırıldı- FOTO
Tarix: 29-06-2015 | Saat: 20:11
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 / Foto-fakt | çapa göndər
Sanitar vəziyyət qeyri qənaətbəxşdir.
Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən və standartlara cavab verməyən limonad istehsalı sexinin fəaliyyəti dayandırılıb.
Xeberaz.az APA-ya istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin məlumatına görə, Şəki ərazi idarəsinin əməkdaşları dövlət nəzarət planına uyğun olaraq aparılan monitorinqlər zamanı Qəbələ rayonu, Vəndam kənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən fiziki şəxs Fəxriyar Zinhar oğlu Qaçayevə məxsus alkoqolsuz “Duşes” limonadı içkisi istehsalı sexi aşkar edib.
Monitorinq nəticəsində istehsal olunan məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinə zəmanət verən müvafiq olaraq gigiyenik və uyğunluq sertifikatlarının, məhsul istehsalı üçün istifadə olunan resepturanın, xammal və köməkçi materialların sertifikatlarının olmadığı, qablaşdırma, markalanma, saxlama və daşınma qaydalarına əməl olunmadığı müəyyən edilib.
Bundan əlavə, istehsalda istifadə olunan avadanlıqların sanitar vəziyyətinin qeyri qənaətbəxş olduğu, təkrar istifadə olunmaq üçün nəzərdə tutulan qabların steril yuyulmasını təmin edən avadanlıqların olmadığı, istehsal olunan məhsulun sınaqlarının aparılmadığı faktları da aşkarlanıb.
Aşkar edilmiş nöqsanlar barəsində qanunvericiliyin tələblərinə müvafiq tədbir görülüb və sexin fəaliyyəti dayandırılıb.
Xəbəri paylaş
6628 dəfə oxunub.
Digər xəbərlər

15-05-2016, 20:19
Su-27 ABŞ təyyarəsini yaxalamaq üçün qaldırıldı
28-05-2020, 16:54
Bakıda "kapitan” saxlanıldı
29-11-2015, 19:39
“Yer Tanrının cəhənnəmlərindən biridir“ - Azər Qaramanlının Teleqraf.com-a müsahibəsi
14-09-2019, 10:33
Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi
1-09-2016, 22:35
7 təbii ağrıkəsici
14-11-2018, 16:27
Dəhşətli yanğında həlak olan uşaqlar...
29-05-2018, 13:41
Tunisə uçan təyyarə Bakıda məcburi eniş edib
5-03-2018, 11:46
Şabranda meyiti tapılan gəncin öldürüldüyü məlum olub
13-05-2018, 11:29
Rafael Ağayev 11-ci dəfə Avropa çempionu adını qazanıb