Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Peyğəmbər və səhabələri bütləri və pirləri necə dağıtdılar?
Tarix: 04-09-2017 | Saat: 15:52
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər



İslama qədərki dövrdə Kəbədə 360 büt var idi. Bundan əlavə ətraf bölgələrdə də bütlər var idi. Bunlardan ən tanınmışları aşağıdakılar idi:Mənət - Məkkə ilə Mədinə arasında, dəniz sahilinə yaxın əl-Musəlləl deyilən bir yerdə idi. Ənsar qəbilələri, Sad, Huzaa və s. qəbilələr bu bütə ibadət edərdilər.
əl-Lat — Taif şəhərində ağ dağın adı idi. Səqif qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam deyir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmri ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb (Allah onlardan razı olsun) onu yandırıb dağıdırlar. Sonralar isə onun yerində Məscid tikirlər”. (İbn Hişam 1/ 85-86; İbn Kəsir “əl-Bidayə vən-Nihəyə” 5/ 32; İbn Qeyyim “Zədul-Məad” 3/ 499).
əl-Uzza - Ğatafan, Ğani və Bahilə qəbilələrinin bütü idi. Müşriklər əl-Əziz – adını əl-Uzza ilə dəyişdirmişdilər. İbn Cərir deyir: "Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi". İbn Hişam deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid (Allah ondan razı olsun) oranı dağıdır. Xalid oranı dağıtdıqdan sonra Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Qayıt ora, çünki sən heç bir şey etməmisən" . Xalid ora qayıtdıqda keşikçilər dağa tərəf qaçaraq: “Ey Uzza! Ey Uzza!”- deyə qışqırmağa başladılar. Xalid (salləllahu aleyhi və səlləm) bütün yanına yaxınlaşdıqda saçları üzərinə tökülmüş lüt bir qadın gördü. Qılıncı ilə vurub onu öldürdü və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına qayıdaraq başına gələnləri danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “O, Uzza idi!" (İbn Kəsir 7/ 429-430).
əl-Mənnan – adını, əl-Manat adı ilı dəyişdirmişdilər. Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. Aişə (Allah ondan razı olsun) deyir: "Əli (Allah ondan razı olsun) Məkkənin fəthi günü oranı dağıdır". (əl-Buxari).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) Məkkəni fəth etdikdə Kəbəyə daxil olub orada olan 360 bütü məhv etmişdir. Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Məkkənin fəthi günü Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Məkkəyə daxil olduqda Kəbənin ətrafında üç yüz altmış büt var idi. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) əlindəki ağacla onları vurub yıxmağa başladı və bu ayə­ləri oxudu: "Haqq gəldi, batil puç olub getdi" (əl-İsra, 81). "Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çı­xarar, nə də onu qaytara bilər". (Səba, 49). (əl-Buxari, 4287).
(zikr.az)


Xəbəri paylaş

1 0978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___