Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Keyfiyyətli” məhsul yarışı…
Tarix: 03-09-2017 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm / Gənclərimiz | çapa göndər



Hal-hazırda ölkəmizdə sayı-hesabı bilinməyəcək qədər mağazalar fəaliyyət göstərir. Amma bu mağazaların gündəlik istifadə etdiyimiz məhsulları hansı şəraitdə və nə cür saxlayıb satışa çıxardıqları haqqında məlumatımız kifayət qədər deyildir. Kimisi mağazasındakı malların keyfiyyəti ilə məşhur,kimisi isə vaxtı keçmiş məhsulları ilə “məşhur”dur. Bəzən insanlar hər bir məhsulu alarkən ona dəqiqliyi ilə diqqət yetirmir,sadəcə keyfiyyətli ya keyfiyyətsiz fərqinə varmadan alıb gedir.Amma əksinə məhsulun hər incəliyinə qədər araşdırıb,istifadə müddətinə baxanlar da vardır.Fikrimcə, mağazalardan bu kimi istifadə müddəti bitmiş məhsullar qaldırılarsa,xüsusi yoxlanış idarələri araşdırmaları daimi şəkildə apararsa,heç bir incələnməyə ehtiyac duyulmaz.
   Son dönəmlər mağazaların, marketlərin sayı durmadan artmaqdadır. Və bəzən əksər insanlar keyfiyyətdən çox kəmiyyətə üstünlük verir.Şərt bu deyil ki,hər 10 metrdən bir mağaza,market açılsın. Müəyyən ərazi üzrə 2 və ya 3 mağaza olsun, amma həqiqətən də sözün əsl mənasında necə deyərlər “dişə dəyəsi” məhsul olsun.Çünki vaxtı keçmiş ərzaqlar,süni yollarla yetişdirilmiş tərəvəzlər,meyvələr,xüsusi dərmanlar vasitəsilə şişirdilərək həcmi artırılmış toyuqlar,süni boyalarla rəngləşdirilmiş şirələr və uşaqları şirnikləşdirən zərərli kukruzlar,cipsilər,şokoladlar və s.və s. kimi mallar sağlamlığımıza ən böyük xələl gətirən məhsullardan öncülüdür.Hansı ki, bu dəqiqə həkimə müraciət edən posientlərin əksəriyyəti mədə-bağırsaq problemindən, zəhərlənmədən şikayət edir.Hamısı da bu kimi hallardan dolayı baş verir desək yanılmarıq. Nəzərə alsaq ki,hər yay mövsümündə qarpızdan və digər meyvələrdən zəhərlənən bir neçə ailə olur. Bunun səbəbi də yenə də vaxtsız və dərmanlı yetişdirilmələrdən irəli gəlir.
Bunlardan əlavə bəzi məkanlar da vardır ki, orda natəmizlik baş alıb gedir.Götürək gündəlik həyatımızda bizə hava,su kimi lazımlı olan çörək istehsal edən bəzi zavodları. Adicə onun belə hazırlanmasında böyük səhlənkarlığa yol verənlər də vardır.Köhnəlmiş xəmirdən,1-2 gün əvvəldən qalmış yağdan istifadə və s.Bu çörəyə-bərəkətə edilən ən böyük hörmətsizlikdən başqa bir şey deyildir.Bu kimi hallara artıq bir son qoyulmalıdır. Nəysə ki, bir sevindirici hal da mövcuddur ki, müxtəlif məkanlarda açıq-aşkar çəkiliş aparan,bu kimi səhlənkarlıqları xalqa çatdıranvə xalqı maarifləndirməyə çalışan proqramlar vardır. Bu kimi proqramlar çox olsa daha yaxşı olar.Çünki hazırda natəmizlik və səliqə-səhmansız fəaliyyət göstərən onlarca restoran,kafe,şadlıq sarayları vardır.
Son olaraq onu deyə bilərəm ki, öz ölümümüzə səbəbkar,sağlamlığımızın isə düşməni olmayaq. Allahdan can sağlığı arzu etdiyimiz kimi,sağlamlığımızı da canımız qədər qorumağı bacaraq, bacara bilək...
Müəllif-Nağıyev Elçin


Xəbəri paylaş

1 2768 dəfə oxunub.

Digər xəbərlər
24-07-2018, 14:34 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___