Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu olub
Tarix: 03-09-2017 | Saat: 10:43
Bölmə:Karusel / İdman | çapa göndər
Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
Hamburq İdman Sarayında təşkil edilən mundialın son günündə 10 çəki dərəcəsində final görüşləri baş tutub.
Həlledici döyüşlərdə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov da rinqə çıxıb. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. M.Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
O, bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanan boksçumuz növbəti qələbə ilə öz rekordunu da yeniləyib.
Beləliklə, 9 gün davam edən dünya çempionatını Azərbaycan millisi 2 medalla başa vurub. M.Məcidovdan əvvəl Kamran Şahsuvarlı (75 kq) adını mükafatçılar sırasına yazdırıb. Olimpiya mükafatçımız yarışı 3-cü pillədə başa vurub.
Qeyd edək ki, yığmamız Hamburqa 4 boksçu ilə yollanmışdı. Onlardan Lorenzo Sotomayor (64 kq) hakimlərin ədalətsizliyi səbəbindən mundialla vidalaşmışdı.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

5-07-2016, 11:10
Eks-deputatın ikinci qızı da əcnəbiyə ərə gedir
26-10-2017, 14:00
Rəşad Dağlı “Lotu Quli”nin ziyafətində: ""Quli" də bizimdi...” - VİDEO
23-10-2016, 02:42
Yığmamızın sabiq baş məşqçisi vəfat etdi
8-05-2021, 10:35
Oksana Rəsulova hamilədir? - AÇIQLADI
14-01-2016, 11:03
Ayanın bu FOTOSU qınağa tuş gəldi
3-05-2016, 09:15
Sərkisyan Rusiyaya yalvarır: “Ümidlərimiz...”
19-06-2017, 13:15
"Nigar Camal altı ayadək müddətə azadlıqdan məhrum edilə bilər" — "Yol polisi qudurub" ifadəsi başına bəla oldu
12-04-2018, 11:27
Namizədlərdən seçki AÇIQLAMALARI