Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanımlar, xəbəriniz olsun: Hər bir evli kişinin başqa sevgilisi var
Tarix: 31-08-2017 | Saat: 12:47
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər


Mətbuatda dərc olunan ailə-məişət xəbərləri, bu istiqamətdə qeyd edilən statistikalar, aparılan monitorinqlər Azərbaycan ailə modelinin xeyli dəyişdiyini göstərir.
 
Məsələn, araşdırmalar göstərir ki, hazırda əksər evli kişilərin kənarda seVgilisi, münasibət qurduğu qadın və ya qadınlar var. Sanki əvvəllər cəmiyyət qınağından qorxub boşanmaqdan çəkinənlərin yerini sevgililəri ilə aşkarda gəzənlər tutub.
 
Hər halda bu fakt bizə “kişilər bir qadınla kifayətlənə bilmir” deməyə əsas verir. Məlumdur ki,  bunun nəticəsində nikahdan kənarda doğulan uşaqların, boşanmaların sayı da bildiyimizdən də artıqdır. Maraqlıdır, nə üçün əksər evli kişilərin ikinci sevgilisi olur?
 
Beş-altı qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Halbuki heyvanların davranışını təqlid etmək qürurverici bir şey deyil...
 
Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında bildirib ki, bu cür hallar cəmiyyətdə çaxnaşmaların sayını artırır:
 
“Min illərdir ulu babalarımızın cəmiyyətdə qoyduğu nizam qaydaları və qadağalar var. Bu barədə danışan zaman fikirləşmək lazımdır ki, babalarımız fiziki cəhətdən indikilərdən də sağlam olub. Onların bu cür sərgüzəştlər üçün tələbatları daha çox idi. Buna baxmayaraq hər ağıllı adam bilirdi ki, cəmiyyətdə mənəvi dəyərlər zəiflədikcə çaxnaşma, gərginlik  çoxalır. Bu səbəbdən o zamanlar əxlaqi-mənəvi dəyərləri gözdən salan, ucuzlaşdıran amillərə qadağalar qoyulub.
 

 
 
Bəzən beş-altı qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Halbuki heyvanların davranışını təqlid etmək qürurverici bir şey deyil. İnsaniyyət üçün mühüm olan mədəniyyətin mövcudluğu daha önəmlidir. İnsanlığı xarakterizə edən davranışlar çox olduqca, cəmiyyət daha dəyərli olacaq. Amma deyilən tələblər heyvani tərəfləri daha çox əks etdirir. 
 
Cəmiyyətə nizam-intizam gətirən və dağıdıcı amillər var. Haqqında danışdığımız məsələ dağıdıcı amillərdir və bu kimi halların olması pis simptomdur”.
 
Sosioloqun sözlərinə görə bu cür halların qarşısını almaq üçün mütləq tədbirlər görülməli və yeni ailə modeli yaradılmalıdır:
 
“Azərbaycan ailəsində çox gözəl modellər var idi. Bütün dünyaya bunu təbliğ edib nüfuz qazana bilərdik. Təəssüf ki, biz bu modelin gerilik əlaməti olduğunu, Avropanın bu məsələdə  daha çox inkişaf etdiyini düşündük. Biz onların qiymətini bilmədik və arxa çevirdik.
 
Azadlıq lazım olsa da, abır-həyadan azad olmalı deyilik. İndiki yaranan vəziyyət arzuolunan deyil və bu, cəmiyyətin getdikcə çürüməsinə səbəb olur. Digər tərəfdən bu cür sərbəst hərəkətlər xəstəliklərin yaranması ilə bağlı böyük risklərə yol açır.
 
Eyni zamanda hazırda oğlan da, qız da ailə həyatı quran zaman tələsir və bir az keçəndən sonra məlum olur ki, bunların maraqları eyni deyil. Bu zaman kişilər kənarda öz marağına uyğun, qəlbini oxşayan qadına rast gəlir. Yaxud sosial şəbəkələrin də bu məsələdə öz rolu var. Ailədə görmədiyi mehribanlığı sosial şəbəkədə tapanlar çoxdur.
 
Yekun olaraq bu gün Azərbaycanda ailə qurmaq mədəniyyəti arzuolunan səviyyədə deyil. Buna görə də bununla bağlı istər qanunvericilik, inzibati, istərsə də maarifləndirmə baxımından ciddi tədbirlər görülməlidir”.
 
Kişi kənarda qadın saxlayır, bəs, bu qadın haradan gəlir? Marsdan və ya Veneradan gəlmir ki...
 
 
Tanınmış psixoloq Elnur Rüstəmov qeyd edib ki, bu məsələdə kişi yox, insan faktoru daha önəmlidir:
 

“Kişi kənarda qadın saxlayır. Bəs bu qadın haradan gəlir? Marsdan və ya Veneradan gəlmir ki... Hamısı ətrafımızda olan qadınlardır. Niyə məsələni “qadın qıraqda bir kişi ilə görüşür” kimi qoymuruq?
Bəzi insanların içində müəyyən boşluq yaranır və ya ailəsində problemlər olur. Həmin insanlar bundan sonra müvəqqəti görüşlərlə özünə dırnaqarası psixoloq tapır. Evdə həyat yoldaşı ilə kəlmə kəsmir, amma digər qadınla saatlarla danışır. Kimsə yaxınını, doğmasını itirəndə yaranan boşluğu bu cür doldura bilər. Yaxud gen faktoru da müşahidə edilir. 
 
Bu cür psixoloji faktorlara görə müvəqqəti münasibətlər quranları danmaq olmaz. Lakin bu, yalnız kişilərdə deyil, qadınlarda da müşahidə edilir.
 
Burada söhbət insan faktorundan gedir. Bütün kişilər gəzir deyə bilmərik. Bizim əlimizdə fakt olmalıdır. Digər tərəfdən dəlinin yadına daş salmayaq. Belə olan halda kişilər də “filankəs gəzirsə, mən niyə gəzməyim” deyə düşünəcək.
 
Əgər fundamental yanaşsanız, qadınlarda intim istəyin kişilərdən daha çox olduğunu görəcəksiniz. Əslində “gəzən” daha çox qadınlardır, nəinki kişilər”.
 
Kişiləri qadınların saç, bədən quruluşu, dərisinin rəngi və sair seksə cəlb edir
 
Androloq-seksopatoloq Həsən Səmədov məsələnin tibbi tərəflərinə aydınlıq gətirib:
 

 
“Bu məsələ çox dərindir. Çünki kişilərlə qadınların psixoloji və şüuraltı düşüncələri tamam başqadır. Bunun əsas kökü instinktə dayanır. Yəni  kişilər və qadınlar seksual aktda necə proqramlaşıb? Kişilərin seksə münasibəti adətən poliqamdır. Yəni kişilər yaradılış olaraq  fiziki faktorlara önəm verir. Qadınların saç, bədən quruluşu, dərisinin rəngi və sair onu seksə cəlb edir.
 
Qadınlarda isə bu instinkt  individual və psixolojidir. Kişilər seksə fiziki baxdığı halda, qadınlar məsələyə psixoloji yanaşır. Kişilərin yaradılışı belədir və onlarda qısa müddət ərzində çox qadın əldə etmə həvəsi və hərisliyi var. Kişilərin ailədən kənar sevgilisinin olması, qadın saxlamaları bir baxımdan bununla əlaqəli ola bilər.
 
Lakin onların ailədən kənarda hər hansı qadınla münasibəti heç də sevgi münasibəti deyil. Kişi sadəcə müəyyən cinsi tələbatını kənarda ödəməyi üstün hesab edir. Burada da müəyyən qadağalar var. Bəzi dəyişkən cinsi əlaqə növləri Azərbaycan mentalitetinə uyğun olmadığı üçün kişilər yaranan qadağaları kənarda  pozmağı xoşlayır.
 
Bir ailə modelində müəyyən cinsi münasibətlər fonunda kişilərdə hər hansı intim tələbatın ödənilməməsi müşahidə edilə bilər. Bura müxtəlif xəstəliklər aiddir.
 
Məsələn, qadının cinsi orqanında olan infeksion xəstəliklər, yəni xroniki infeksion xəstəliklər, uşaqlı yolu, uşaq yolu popilona və kondilomaları, uşaqlıq boynu eroziyası kimi iltihabi xəstəliklər qadınlarda cinsi əlaqə vaxtı ağrı verir. Bu zaman qadın normal cinsi aktı yerinə yetirə bilmir və bu, istər-istəməz narahatlıq yaradır”.
 
Androloq-seksopatoloq məsələnin digər səbəblərindən də söz açıb:
 
“Qadınların psixoloji seksual travmaları da digər faktorlardan biridir. Məsələn, hər hansı bir qadın digər qadına ilk cinsi əlaqənin qorxulu olacağı haqqında məlumat veribsə, qorxular yaranır və bu, uzun müddət, ya da ömür boyu onu izləyir. Belə hallar qarşı tərəfi qane etmir və kişilərin başqa qadına meyl etməsinə  səbəb olur.
 
Eyni zamanda kişilərin porno film izləməsi də onlarda problemlər yaradır. Bunun nəticəsində onların şüuraltısında dərin psixoloji pozuntu baş verir. Bu tip hallar kişilərin kənarda digər qadınlarla əlaqələrini artıra bilər.
 
Lakin qeyd etməliyəm ki, ailə modeli önəmlidir və bunu nəzarətdə saxlamaq lazımdır. Əgər ailədə cinsi problemlər varsa, mütləq həkimə müraciət edilməlidir”.
(modern.az)


Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___