Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər ailəyə uğur və səadət gətirən RƏMZLƏR haqqında BİLMƏDİKLƏRİMİZ - FOTO
Tarix: 31-08-2017 | Saat: 11:59
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Deyin görək kim uşaqlıqda uğur talismanları yığmayıb ki? Biz səylə deşikli daşlar və ya beş ləçəyi olan yasəmən çiçəkləri axtarırdıq. Əgər onlar başqasına qismət olardısa, onda "xoşbəxtlik" rəmzi uğrunda ölüm-dirim mübarizəsinə hazır idik.
Uğur gətirdiyi deyilən talismanlar və rəmzlər haqqında maraqlı faktlarla tanış edirik.
Uşaqlıq inancı
Küçədən tapdığımız deşikli, rəngbərəng daşlar illər keçdikcə qiymətli rəmzlərlə əvəz olundu, amma mahiyyəti əvvəlki kimi qalıb. Vacib görüşə və imtahana gedərkən, yaxud səfərə çıxarkən uğur rəmzini biz həmişə özümüzlə götürürük. Hərənin uğur talismanı fərqli olur, lakin nə cür olmasından asılı olmayaraq bu predmetin ecazkar gücünə inanırıq. Və nə qədər qəribə səslənsə də, onlar çox vaxt ümidlərimizi doğruldur.
Bəs qoruyucu rəmzlər amulet və ya talismandan nə ilə seçilir?
İlk növbədə onu qeyd edək ki, sizin qoruyucu rəmziniz istənilən adi əşya əşyalar ola bilər. Bu, nə ola bilər? Daraq, açar, üzük, qaşıq və s. Yeganə və çox əhəmiyyətli fərq ondadır ki, rəmz "sehrli" və xüsusi qüvvəyə malik olmalıdır. Qoruyucu rəmzlər amulet və talismanlardan fərqli olaraq, yalnız təhlükə zamanı "fəaliyyət göstərmir". Qədim dövrlərdə insanlar qoryucu rəmzləri daim üzərində gəzdirirdi, çünki hesab edirdilər ki, o, nəinki real təhlükə anında qorumağa qadirdir, həm də gecə-gündüz onun qarşısını ala bilir.
Bundan başqa qoruyucu rəmzləri hansısa bəzək əşyaları şirkətləri deyil, insanlar öz əlləri ilə düzəldirdilər. Bu əşya şəxsi deyil, həm də kollektivin ola bilərdi, hətta bütöv bir ailə üçün nəzərdə tutulurdu. Onu hər ehtimala qarşı ya küncə, ya da qaranlıq bir yerə gizlədərdilər.
Yeri gəlmişkən, biz daha bir mühüm detalı demədik. Qədim dövlərdə də qoruyuculara xüsusi diqqət yetirilirdi. Hər əşyanın üzərində xüsusi mənaları olan işarələr vardı.
Məsələn, qızların geyimində tez-tez "mühafizə" əhəmiyyəti olan naxışlar işlənirdi. Bu təsvirlərin çoxunu Makoşi ilahəsi təşkil edirdi. Bu ilahə taleyinin qurucusu, zəiflərin müdafiəçisi hesab olunurdu və ən mürəkkəb vəziyyətlərdə çıxış yolu tapmağa kömək edirdi.
Əsgər geyimlərində at və xoruz fiqurlarına üstünlük verilirdi. Ənənəvi olaraq at günəş enerjisi, xoruz isə ailə səadəti və ailə ocağının rəmzi sayılırdı.
Böyük əhəmiyyət şəbəkələrin rənginə verilirdi. Belə ki, istilik, günəş və həyat rəmzi olan qırmızı rəng güclü qoruyucu hesab olunurdu. Ağ və mavi rənglər səmanın, suyun saflığını və məsumluğunu bildirirdi. Əlbəttə, indi çox az adam bu detallara və ormanentlərə fikir verir.
Maşın dövrü
İnanın ki, qoruyuculara olan maraq və inam indi də öz aktuallağını itirməyib. Talismanlar indi də insanları cəlb edir. Ətrafdakı insanlara uğur gətirən əşyalar haqqında suallar verin. İnanın ki, onlar bu barədə sizə çoxlusayda misallar çəkəcəklər. Bu, xırda pul, köynək, qələm, pul kisəsi və s. ola bilər.
Amma bu siyahıda zərgərlik əşyaları daha çox üstünlük təşkil edir, burada təəccüblü bir şey yoxdur. Zərgərlər əsrlər boyu uğur rəmzlərə bədii forma verərək satışa çıxarıblar. Beləliklə də özəl anlamı olan bəzək əşyaları yaranıb.
Uğur nalı
Hətta ən güclü skeptiklər də yaxşı bilir ki, yolda tapılmış nal uğur gətirir. Lakin bizim günümüzdə yolda naldan başqa hər şey tapmaq olar. Hər halda dizaynerlər çıxış yolu tapıb. Bir çox istehsalçılar bəzək əşlarında nal elementindən istifadə edir. Onu klon şəklində qolbaqdan, boyunbağıdan və brelokdan asmaq olar. Qızıl və gümüş nallar daş-qaşla bəzədilir. Onların da uğur gətirdiyinə çox inanılır.
Üçyarpaqlı yonca
Yonca şəkilləri və fiqurları da uğur rəmzlərinə daxildir. Bu, bir çox xalqların inanclarında öz əksini tapan çox qədim simvoldur. Hesab edilir ki, üç yarpaqlı yonca sevgi, ümid və inamı təcəssüm etdirir. Bəs dörd yarpaqlı? Bu, ən nadir, misilsiz müvəffəqiyyət rəmzdir. Xoşbəxtlikdən çöllərə düşüb üçyarpaqlı yonca axtarmağa ehtiyac yoxdur. Bir çox aksessuar və zinət əşyaları firmalarında üçyarpaqlı yonca şəklində bəzək əşyaları əldə edə bilərsiniz.
Göz muncuğu
Bəd nəzərdən qorunmaq üçün uşaqlara, bəzən isə lap böyüklər də göz muncuğu taxır. Son illərdə üzərində göz muncuğu işarəsi olan zinət əşyalarına olan maraq durmadan artır. Bəziləri onları nəzərdən qorunmaq, digərləri isə sadəcə akessuar kimi bəyəndiyi üçün taxır.
Bəs niyə məhz mavi? Çəhrayı, qırmızı, göy yox, məhz mavi? Mavi rəng qədim çağlardan üzü bəri qorunma prinsipini təmsil edir. O, göyün rəngidir. Rəvayətlərə görə, Çingiz xan atasının mavi bardağından su içərmiş. Bundan başqa, yüksək məhkəmə heyətinə verdiyi əmrdə də xalqla bağlı məhkəmə qərarları mavi dəftərə yazılır, qanunlar isə ağ kağıza mavi qələmlə yazılaraq nəsildən nəslə ötürülürmüş. Səlcuqlar da türbə və mədrəsələrini mavi rəngdə hazırlamağa cəhd göstəriblər. Bu da mavi rəngin bəd nəzəri qorumasından xəbər verir.
Xoşbəxtlik gətirən tibet naxışı
Üzərində xoşbəxtlik qovşağı kimi tanınan tibet naxışlar olan əşyaların xoşbəxtlik gətirdiyi deyilir. Qədim şərq talismanı fen-şuyda tez-tez uğur və firavanlıq simvolu kimi istifadə olunur. Tibet fəlsəfəsinə əsasən bu naxış özündə bəşəri adələt haqqında ideyanı təcəssüm etdirir. Yaxın insana üzərində xoşbəxtlik naxışı olan bəzək əşyası hədiyyə etməklə siz ona həm də uzun ömür, hədsiz məhəbbət və tükənməz yaradıcılıq enerjisi bəxş edirsiniz.
Səmimi və inam gücünü qoruyub saxlamaqla talismanlar öz sahibini pislikdən, bəd-nəzərdən qoruyacaq, ona harmoniya və sakitlik gətirəcək. Belə simvolik bəzəklər yaxınlarımız üçün gözəl hədiyyə olacaq. Necə deyərlər, insan öz xoşbəxtliyinin memarıdır. Odur ki, dəmiri isti-isti döyərlər. publika



Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___