Mehman Əliyev həbsdən buraxılmadı
Tarix: 30-08-2017 | Saat: 16:40
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakı Apellyasiya Məhkəməsində “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Məhkəmə M.Əliyevin apellyasiya şikayətini təmin edilməyib və Yasamal rayon Məhkəməsinin çıxarmış olduğu qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, aparılan istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib. M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Apellaysiya şikayəti həmin qərarın dəyişdirilməsi üçün verilmişdi.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

28-11-2018, 13:01
Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir... Min bir dərdin dərmanı!
18-10-2015, 16:09
İstanpul polisi 50 xarici vətəndaşı saxlayıb
25-10-2016, 16:14
Bakıda 4 maşın toqquşdu - Biri yol polisinə məxsudur - VİDEO
11-09-2020, 09:05
Livan erməniləri Şuşada - Sens video
1-02-2016, 18:55
"Azərbaycan musiqisini Aygünsüz təsəvvür etmək olmaz"
17-01-2016, 14:28
Suriya vətəndaşları saxlanıldı
22-05-2021, 11:16
"WhatsApp"da unikal yenilik olacaq
6-07-2015, 23:41
Bir nəfəri xilas edərkən dənizdə batan polisin AİLƏSİNDƏN REPORTAJ
3-09-2023, 08:57
Yalana meyilli bürclər - Onların tələsinə düşməyin!