"Azərbaycandakı bütün məscidlərdə azan eyni vaxtda verilməlidir"
Tarix: 29-08-2017 | Saat: 16:49
Bölmə:Karusel / İbadət | çapa göndər
"Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə azan eyni vaxtda verilməlidir".
Xəbəraz.Az bildirir ki, bunu report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət qeydiyyatından keçən dini icmalar hüquqi məsuliyyətlərini düzgün anlamağa çalışır, adətən, fəaliyyətlərində ciddi qanun pozuntularına yol vermirlər: "Son illərdə demək olar dini icmalar cinayət və ya inzibati qaydada hər hansı qanun puzuntusuna yol verməyiblər. Amma bu da bütün dini icmaların fəaliyyətinin bizi qane edəcək səviyyədə olduğu demək deyil. Müşahidələr dini icmaların inzibati hüquq pozuntusu sayılmayan, lakin ölkədəki ümumi dini harmoniyaya xələl gətirə biləcək nöqsanlara yol verdiklərini göstərir. Bu da, əsasən, azanın fərqli vaxtlarda verilməsi, "Quran" kurslarının təşkili, dini icma rəhbərlərinin məsuliyyət daşıdığı məscid və ibadətxanalara qarşı biganəliyi və s. kimi məsələlərlə bağlıdır. Belədə dini icma rəhbərlərinə nöqsanların dərhal aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilir. Bir daha xəbərdarlıq edirik ki, birlik və həmrəyliyimizin nümayişi üçün ölkənin bütün məscidlərində azan eyni vaxtda verilməlidir".
N.Məmmədov bildirib ki, hüquq pozuntuları, əsasən, qeyri-qanuni fəaliyyət göstərən dini qruplarla bağlıdır: "Ümumiyyətlə, qanunvericiliyin pozulmasına görə il ərzində müxtəlif dövlət qurumları ilə birlikdə çoxsaylı tədbirlər görülüb. Bura dini ədəbiyyatların qanunsuz satışını həyata keçirmək, qanunsuz dini yığıncaqların təşkili kimi hüquq pozuntuları da daxildir. Bu hüquq pozuntuları ya cərimələrlə, ya da müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etməklə nəticələnib".
Xəbəri paylaş
5688 dəfə oxunub.
Digər xəbərlər

24-04-2017, 10:43
Ərindən ayrılan ATV-nin tanınmış aparıcısı məmurla sevgili oldu - FOTO
14-01-2017, 19:47
Putinin bir sözü yapon anbarlarını boşaltdı
10-04-2019, 16:22
Elinanın intiharı ilə bağlı iclas keçirildi - Nazir qərar verəcək
16-12-2015, 11:02
Maşallah Əhmədov həbs edildi - 192 minlik dələduzluq - YENİLƏNİB
25-11-2019, 22:59
Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.
24-02-2017, 10:35
Qanunsuz dini təbliğat aparan şəxs həbs edildi
28-04-2022, 22:40
YANĞININ SƏBƏBİ BƏLLİ OLDU
5-10-2015, 13:40
Qaxda kişini ölümdən son anda qızı xilas etdi
9-02-2017, 14:45
Asim nişan üzüyünü qaytarıb, özünü asdı
12-09-2016, 23:49
Ayaqqabı və çantalardan çıxan bu kiçik torbaları atmayın, görün həyatımızı necə yüngülləşdirir...VİDEO