Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sifariş olunmuş məzar, 4 milyon pul, 13 güllə - qətlin təfərrüatı
Tarix: 28-08-2017 | Saat: 23:07
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Sifariş olunmuş məzar, 4 milyon pul, 13 güllə - qətlin təfərrüatı
Aparıcı-aktyor Vatan Şaşmazı qaldığı otel otağında güllələyərək qətlə yetirən keçmiş model Filiz Aker haqda maraqlı məlumatlar ortaya çıxıb. 

Modelin bacısı qızı Dora Ercan xalasının hələ 2 ay əvvəl özünə məzar qazdırdığını deyib: 

“Ailə qəbiristanlığı hazırlatmışdı. Vatan çox sevdiyim dostum idi. Bir ara xalam yuxusuzluq əleyhinə dərman istifadə edirdi. Amerikada evi var idi. Həmin evi satıb Türkiyəyə gəlib. Xalam qəribə insan idi. Bütün var-yoxunu əlindən çıxarmışdı. Bir il idi ki, qaldığı otelin pulunu necə verirmiş bilmirəm. Məni otelə özü çağırdı. “Bir paket var onu verəcəyəm, anana apar” dedi. Bir qədər söhbətdən sonra “indi gəlirəm” deyib otağa çıxdı”.
 
Vatanın nikah şahidi və yaxın dostu Polad Yağcı isə bunları deyib:
 
“Onunla gecə-gündüz birlikdə idik. Evləndikdən sonra ailəsi və işindən başqa heç nə düşünmürdü. Heç vaxt belə bir münasibəti olmasından danışmayıb”.
 
Filiz Akerin rəfiqəsi Nurcan Sabur isə “Filiz 2 il əvvəl intihara cəhd etdi. 10 ildir Vatana dəlicəsinə aşiq idi. Ona 3-4 milyon lirə xərcləmişəm, heç kimə buraxmaram. Həyat yoldaşından boşanmasa, onu öldürərəm” deyirdi” deyə açıqlama verib.
 
Filizlə Vatanın mübahisəsinə də Akerin ona verdiyi həmin 3-4 milyon lirə pulu geri istəməsinin səbəb olduğu iddia edilir. 

Bundan başqa, modelin bir vaxtlar adı eşq-dedi qodularında hallanan sevgilisi, iş adamı Şemsi Denizerin də güllələnərək öldürüldüyü üzə çıxıb. 13 güllə ilə öldürülən Denizer son nəfəsində qatildən “Sənə bu əmri kim verdi”, deyə soruşub. 

Ərəbəsilli türk iş adamı Aydınla da eşq yaşayan Filiz ondan aldığı pulları xərcləyib bitirdikdən sonra əvvəlcə İstanbulda kirayələdiyi evdə qalmış, daha sonra isə otelə köçüb. Onun Vatanı həmin otelə ona verdiyi pulları geri istəmək üçün çağırdığı deyilir.


Xəbəri paylaş

1 2348 dəfə oxunub.

Digər xəbərlər
19-03-2015, 15:14 Bakıda çox ucuz evlər

bütün xəbərlər
____ Instagram ___