Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xuraman Fatimə ilə Qalmaqalından danışdı: “Arada söz gəzdirənlər...
Tarix: 24-08-2017 | Saat: 17:55
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Xuramanla Fatimə küsülü imiş:  "Rəqib olduğumuz üçün mənimlə danışmır"
Müğənni Xuraman Şuşalı uzun müddətdir küsülü olduğu rəqqasə Fatimə Fətəliyevadan danışıb. 

Xəbəraz.Az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, onların arasını digər tanışları vurub:

“Fatimə yaxşı qızdır. Yəqin ki, bir-birimizə rəqib olduğumuza görə mənlə danışmır. Ola bilsin ki, məndən ona nəsə çatdırıblar. Arada söz gəzdirənlər olur. Onların vəzifəsi də ondan ibarətdir. Elə olub ki, xınaya Fatiməni də danışıblar, məni də. Mən demişəm ki, əvvəl onunla danışın, sonra mənimlə”.
İfaçı həyat yoldaşı barədə də söhbət açıb: 

“Bir çoxları sosial şəbəkədə yazır ki, həyat yoldaşım mənim başımı bağlasaydı, açardım. Xeyr, bu düzgün düşüncə deyil. Bunu mənə həyat yoldaşım məcburi bağlatdırmayıb. Bu iman məsələsidir. Özüm istəyib bağlamışam. Artıq 5-ci ilə keçir ki, başımı bağlayıram. Allah qismət eləsin ki, axıra qədər buna əməl edim”.
X.Şuşalı bildirib ki, bir müddət öncə efirlərdə mahnı oxumamaq qərarı versə də bu istəyini ilə bacara bilməyib: “Qərarı verəndə qadın məclislərində mahnı oxuyurdum. Amma efirlərdə mahnı oxumamaq barədə özümə söz vermişdim. Efirdə oxumurdum. Yəqin imanım onda daha güclü idi. Amma indi efirlərdə mahnı oxuyuram. Yəni mən mahnı ifa etmədən yaşaya bilmirəm. Bu mənim içimdən gələn bir eşqdir. İnşAllah Allah qismət edər, bəlkə gələcəkdə oxumaram. Hazırda onu özümdən yığışdıra bilmirəm”.

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___