ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu
Tarix: 24-08-2017 | Saat: 10:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri vəzifəsini Riçard Şofer icra edəcək.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda bəyan edib.
Bundan əvvəl Riçard Şofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında çalışıb. ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin sabiq baş köməkçisi Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Xəbəri paylaş
7558 dəfə oxunub.
Digər xəbərlər

22-11-2015, 13:56
Biznesmeni avtomobilində güllələdilər
16-12-2021, 14:44
Keçmiş gəlinindən Mətanətə: “Balalarımı geri qaytar, övladlarımı heç bir ögey anaya vermək üçün dünyaya gətirməmişəm"
26-05-2018, 19:19
Müəllimlərin maaşları artırılacaq
28-10-2019, 12:29
Prezident içməli su sistemini bu düymə ilə işə saldı - FOTO
19-07-2018, 17:15
Bahar Muradova "əhali kasıb yaşasın" deyib? - Video
29-02-2016, 15:51
Məşhur futbolçu ayağını qumara qoydu FOTO
15-06-2021, 10:06
Pandemiya dövründə alkoqoldan istifadə artıb - Dəhşət doğuran statistika
10-10-2016, 20:34
İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?
26-04-2022, 18:58
Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio
28-02-2023, 12:27
Sevgilisinə çılpaq şəkillərini göndərən qızın başı dərddə - Xırdalanda birlikdə yaşadığı oğlan...