Qurban Qurbanov: “Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram”
Tarix: 24-08-2017 | Saat: 10:05
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
“Bu gün tək biz yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı. Hər kəsi, bütün azərbaycanlıları təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Kopenhagen”ə 1:2 hesablı məğlub olmasına baxmayaraq, səfər qolunun hesabına mərhələ keçən Azərbaycan çempionunun çalışdırıcısı “İdman Azərbaycan” kanalının canlı efirində fikirlərini bölüşüb.
O, tarixi nəticəni belə şərh edib: “Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.
Təcrübəli mütəxəssis yekunda transfer haqqında da danışıb: “Transfer mütləq etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2 oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

18-04-2018, 09:14
Lənkəranda 42 yaşlı kişinin qulağını kəsdilər
29-07-2016, 21:15
Avqustda 42 dərəcə isti gözlənilir - Aylıq proqnoz
31-07-2020, 10:54
Hadisənin gizli saxladığı sevgilisi birlikdə fotolarını paylaşdı
26-12-2015, 00:25
İcra hakimiyyətlərində yoxlama aparıldı
14-06-2017, 12:56
Prezident kənd sakininə orden verdi
15-10-2017, 10:33
Acundan Yıldız Tilbe açıqlaması
31-01-2017, 20:17
Müğənni Damla qalmaqallı süjetdən danışdı: "Zaur dedi..."
7-02-2017, 12:47
Kəndir 10 yaşlı Röyalın boğazına ilişdi - Şəmkirdə BƏDBƏXT HADİSƏ