Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qarabağ"ın qələbəsi ayaqda qarşılandı - PAYTAXTDA GÖRÜNMƏMİŞ COŞQU
Tarix: 24-08-2017 | Saat: 09:51
Bölmə:Karusel / Gündəm / İdman / Xəbəraz TV | çapa göndər



"Qarabağ"ın möhtəşəm nəticəsinə sanki əvvəldən ümidlər böyük idi. Hər kəs bir neçə saatdan sonra gözlənilən sevinci coşqu ilə qeyd etməyə hazır görünürdü. Avropanın uzaq şimalında futbolçularımız bəlkə də kifayət qədər dəstək görmədiklərini düşünə bilərdilər. Ancaq doğma divarlar arasında hamı "Qarabağ" deyirdi. Futbolçuların gözü "start" fiti verən hakimdə, "Qarabağ"sevərlərin gözü isə monitorlarda idi. Bakı Olimpiya Stadionu yaxınlığında qurulmuş nəhəng monitorun qarşısında isə az qala bir stadionluq azarkeş var idi.
 
APA TV məlumat verir ki, qarşılaşma revanş eşqi ilə alışıb-yanan danimarkalıların 2:1 hesablı qələbəsilə başa çatsa da, əsas olan nəticədir. Nəticə isə məhz "Qarabağ" komandasının Çempionlar Liqasının qrup mərhələsinə yüksəldiyini göstərdi. Belə nəticədən kim sevinməz ki?! Uzaq Şimali Avropa ölkəsində əldə olunmuş futbol sevinci, təbii ki, Bakıda, doğma Azərbaycanımızda daha da böyük coşqu ilə qarşılandı. Sevincindən yuxusu qaçan hər kəs bu gözəl qələbəni qeyd etmək üçün küçələrə axışdı. Paytaxt Bakının küçələri bir andaca şüşələrindən bayraqlar dalğalanan avtomobillərlə, "Qarabağ" sədaları ilə sevimli komandasını alqışlayan gənclərlə doldu.
 
Ən çox izdiham Neftçilər prospekti-Azadlıq meydanı ətrafında yaşandı. Hətta bəzi sürücülər avtomobillərini saxlayaraq, sevincindən qol qaldırıb oynadı da. Bakı çoxdandır ki, belə coşqu, belə futbol sevinci yaşamamışdı. Deməli, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi məhz "Qarabağ"ın öz adını tarixə yazması bu qədər insanı bir araya toplaya bilərmiş.
 
"Qarabağ"ı bundan sonra çoxları tanıyacaq, onun adı dünyanın futbol nəhənglərinin adları ilə bir sırada çəkiləcək. Ən azından "Kopenhagen" komandası və danimarkalılar tanıdı. Azarkeşini sevindirən, ürəklərdə yerini daha da möhkəmlədən "Qarabağ", Çempionlar Liqasında yolun açıq olsun!




Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___