Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub
Tarix: 23-08-2017 | Saat: 11:32
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilən və hazırda yeni siyasi partiyanın yaradılması ilə məşğul olan sabiq daxili işlər naziri Meral Akşenerin prezidentliyə namizəd olacağı açıqlanıb. Bunu qurulmaqda olan yeni partiyanın lider heyətində təmsil olunan, avqustun 22-də MHP-dən istefa vermiş sabiq nazir Koray Aydın “Fox TV”nin efirində deyib. K. Aydın bildirib ki, R. T. Ərdoğanın M. Akşener qarşısında qələbə şansı yoxdur: “Rəy sorğularına əsasən bütün partiyalar öz namizədi ilə seçkiyə qatılacağı təqdirdə, Ərdoğan ilk turda qalib gələ bilmir. İkinci tura Ərdoğanla birlikdə Akşenerin çıxması qətidir. Bu turda isə Ərdoğan Akşeneri məğlub edə bilməz”.
Qeyd edək ki, Meral Akşenerin liderliyi ilə qurulmaqda olan yeni siyasi partiyanın oktyabrın 29-da – Cümhuriyyət bayramında Samsun şəhərində elan olunacağı gözlənilir. Yeni siyasi qüvvənin nüvəsini MHP-dən xaric olunan və istefa verən şəxslər təşkil etsə də, partiyanın mərkəzçi cizgidə olacağı və bütün təbəqələri öz ətrafında toplamağa çalışacağı bildirilir. Partiyanın adı hələlik məlum deyil.
Onu da əlavə edək ki, Türkiyədə 16 aprel 2017-ci il tarixli referendumda qəbul olunan Konstitusiya dəyişikliyi 2019-cu il prezident seçkilərindən sonra qüvvəyə minəcək. Türkiyə məhz bu seçkilərdən sonra rəsmən prezident üsul-idarəsinə keçəcək.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-08-2017 | Saat: 11:32
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Türkiyədə 2019-cu il prezident seçkilərində mövcud dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanın ilk rəqibi bəlli olub.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilən və hazırda yeni siyasi partiyanın yaradılması ilə məşğul olan sabiq daxili işlər naziri Meral Akşenerin prezidentliyə namizəd olacağı açıqlanıb. Bunu qurulmaqda olan yeni partiyanın lider heyətində təmsil olunan, avqustun 22-də MHP-dən istefa vermiş sabiq nazir Koray Aydın “Fox TV”nin efirində deyib. K. Aydın bildirib ki, R. T. Ərdoğanın M. Akşener qarşısında qələbə şansı yoxdur: “Rəy sorğularına əsasən bütün partiyalar öz namizədi ilə seçkiyə qatılacağı təqdirdə, Ərdoğan ilk turda qalib gələ bilmir. İkinci tura Ərdoğanla birlikdə Akşenerin çıxması qətidir. Bu turda isə Ərdoğan Akşeneri məğlub edə bilməz”.
Qeyd edək ki, Meral Akşenerin liderliyi ilə qurulmaqda olan yeni siyasi partiyanın oktyabrın 29-da – Cümhuriyyət bayramında Samsun şəhərində elan olunacağı gözlənilir. Yeni siyasi qüvvənin nüvəsini MHP-dən xaric olunan və istefa verən şəxslər təşkil etsə də, partiyanın mərkəzçi cizgidə olacağı və bütün təbəqələri öz ətrafında toplamağa çalışacağı bildirilir. Partiyanın adı hələlik məlum deyil.
Onu da əlavə edək ki, Türkiyədə 16 aprel 2017-ci il tarixli referendumda qəbul olunan Konstitusiya dəyişikliyi 2019-cu il prezident seçkilərindən sonra qüvvəyə minəcək. Türkiyə məhz bu seçkilərdən sonra rəsmən prezident üsul-idarəsinə keçəcək.
Xəbəri paylaş
Digər xəbərlər
30-04-2018, 10:59
25-ci ÇEMPİONLUQ
22-07-2016, 10:58
İlan qızı buna görə əzizləyirmiş - İnanmayacaqsınız - FOTOLAR
10-07-2023, 11:18
Doğuşdan Xoşqədəmə: “Yedin bizi” - Video
14-05-2017, 21:23
Acunun toyu bu ölkədə olacaq
19-04-2019, 15:19
Bacısından sonra qardaşı da öldü
31-05-2017, 19:57
Aktrisa ehtiraslı səhnələrdən danışdı: "Tərlədim və qızardım"
15-05-2021, 14:53
Gələcəkdə övladınızın boyu neçə olacaq? – BU CÜR HESABLAYIN
22-12-2017, 12:46
General-polkovnik Ramil Usubov 69 yaşını qeyd edir
23-08-2018, 13:07
Azərbaycanda daha bir yol çökdü - SƏBƏB
31-10-2016, 14:01
Aqil Acalov: "İraq türkmənlərinin faciəsinə susmağa haqqımız yoxdur!"