Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aeroportu bəyənmədi, memarı öldürdü (FOTO)
Tarix: 29-06-2015 | Saat: 16:30
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Aeroportu bəyənmədi, memarı öldürdü (FOTO)
Şimali Koreya liderindən daha bir dəhşətli edam.
Qalmaqallı qərarları ilə daima gündəmə gələn Şimali Koreya lideri daha bir gözlənilməz addım atıb. ANS PRESS-in məlumatına görə, Kim Çen Inın dizaynını bəyənmədiyi üçün bir neçə gün öncə açılışı olan yeni hava limanının baş memarını öldürdüyü iddia edilib.

Bu barədə xəbər Asiyanın xəbər portalı olan "The Diplomat"da yer alıb. Məlumata görə, Ma Von Çun böyük dövlət layihələrinin baş memarı olub. Onun 5 nəfər dövlət məmuru ilə birlikdə rüşvət və verilən əmrlərə tabe olmadığı üçün edam edildiyi deyilir.

Ma Von ötən ilin sonu itkin düşənə kimi Milli Müdafiə Komissiyasının dizayn departamentinin direktoru olub. Maraqlıdır ki, o Şimali Koreyanın mərkəzi xəbər agentliyi tərəfindən yayılan və Kim Çen In ilə həyat yoldaşının yeni hava limanı ərazisində gəzintisi fotolarında yer almayıb.

İddiaya görə, hava limanının ikinci terminalının inşaası zamanı problemlər yaranıb. Çünki memarlar ölkənin hakim partiyasının gözəllik anlayışına uyğun hərəkət etməmişdilər.

Bu Kim Çen Inın dövlət rəsmilərini edam etdirməsi ilə bağlı ilk xəbər deyil. Bir müddət öncə onun ölkənin müdafiə nazirini artileriya silahları ilə edam etdiyi haqqında məlumat yayılmışdı. Nazirin prezidentin iclasında yorğunluqdan mürgüləməsinin buna səbəb olduğu deyilirdi.




Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
20-05-2016, 20:45 Nazir Qətərə gedir

bütün xəbərlər
____ Instagram ___