“Stalinin başı”ndan bir milyon manat qazandığı deyilən İlkin Həsənidən AÇIQLAMA
Tarix: 21-08-2017 | Saat: 16:37
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Atv və “İlk Media”-nın istehsalı olan “Stalinin başı” filmi ilə rekordları qıran “Bozbash pictures” komandasının bir milyon manat qazandığı iddia edilib.
“Bozbash pictures” komandasının “Stalinin başı” filmindən 1 milyon manat gəlir əldə etməsi ilə bağlı aparıcı-aktyor İlkin Həsəni açıqlama verib. Filmin baş prodüseri İ.Həsəni bu məlumatı təkzib edib:
“Allah ağzından eşitsin (Gülür). Keçən ilki filmimizin büdcəsi çox idi, amma əziyyəti də qat-qat ağır idi. Filmə ümumilikdə kinoteatrlarda 150 000 baxış oldu. Biz öz rekordumuzu yenilədik. Bu film “Park Cinema” şəbəkəsində yayımlanmadı, amma yenə də ən baxımlı komediya filmi oldu.
Qazancımız da düşünüldüyü kimi çox deyil. Təsəvvür edin ki, bir filmdən 18% ƏDV ödəyirik, sonra 50% kinoteatr, 10% isə distribyutor götürür. Pul hesaba oturanda 4% gəlir vergisi, ilin sonunda isə 10% də divident vergisi ödəyirik”.
İlkin Həsəni filmlərdən çox az qazanc əldə edə bildiklərini vurğulayıb:
“O qədər çətindir ki, film çəkmək, bilməzsiniz... Biz bu şəraitdə nəsə edə biliriksə, qəhrəmanıq. Filmlərimiz öz pulunu çıxardandan sonra isə qəpik-quruşu öz aramızda bölürük. Sadəcə bu işdən zövq aldığımız üçün kino çəkirik, eləcə də bu sahəni daha çox inkişaf etdirə biləcəyimizə inanırıq deyə dayanmırıq, çəkməyə davam edirik”.
Qeyd edək ki, aktyorlar indi də izləyicilərini “Bir xalanın sirri” adlı ekran işi ilə sevindirməyə hazırlaşır. Qəbələdə çəkilən “Bir xalanın sirri” filminin rejissoru Emil Quliyevdir.
Xəbəri paylaş
9538 dəfə oxunub.
Digər xəbərlər

6-11-2018, 17:40
Relsin üzərində yatdı, qatar üstündən keçdi... - Azərbaycandakı dəhşətin təfərrüatı
30-04-2021, 12:47
"Taimex»in koronadan dünyasını dəyişən rəhbəri Tahir Yusifovun kimlərə pul atdığı bəlli oldu-YENİLƏNDİ
22-01-2016, 13:19
Türkiyədə kişiləri aldadan azərbaycanlı qadın iş başında yaxalandı
20-08-2015, 23:46
Britaniya Tehranda səfirlik açacaq?
27-08-2020, 13:40
Nazir yeni tədris ilinin başlanma tarixini açıqlayacaq
11-06-2019, 17:27
Rusiyada azərbaycanlı gənci yandırdılar: Evli qadınla görüşürmüş
19-06-2018, 10:03
Yevlaxda 16 yaşlı oğlan çayda batıb
4-03-2022, 09:39
Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu-YENİLƏNİB
1-11-2017, 10:13
Ağ turpun 3 MÜALİCƏVİ TƏSİRİ - öskürək, qəbizlik, soyuqdəymə
24-06-2022, 14:55
Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar: Anasının yanında döyüb, nömrəsiz maşınla aparıblar - İDDİA