Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda quduzluğa qarşı yeni sənəd hazırlanır
Tarix: 21-08-2017 | Saat: 15:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



 
Azərbaycanda quduzluğa qarşı kompleks tədbirlər planı hazırlanır.
 
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov məlumat verib. A. Süleymanov Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində həyata keçiriləcəyini bildirib: “Sahibsiz itlərin insanlara hücum etməsi, quduzluq xəstəliyinin daşıyıcısı olması bizi də narahat edir. Amma siz də bilirsiniz ki, NK-nın müvafiq qərarına əsasən DBNX ancaq sahibli, qeydiyyatda olan ev heyvanlarını quduzluq xəstəliyinə qarşı vaksin edir. Buna baxmayaraq biz yaxın gələcəkdə vəhşi heyvanların, sahibsiz itlərin də quduzluq xəstəliyinə qarşı vaksinasiyasının aparılmasını nəzərdə tutmuşuq. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planında  bu məsələ öz əksini tapıb. Milli Strategiyanın hazırlanmasında Avropa İttifaqının ekspertləri də iştirak edir”.
 
 
A. Süleymanov bildirib ki, Kompleks tədbirlər planında təkcə quduzluq xəstəliyinə qarşı vaksinasiya tədbirləri öz əksini tapmayıb: “Bu sənəddə sahibsiz heyvanların saxlanıldığı sığınacaqların şəraitinin yaxşılaşdırılması, regionlarda sahibsiz itlərin saxlanıldığı sığınacaqların sayının artırılması da yer alıb: “Tədbirlər planında sahibsiz heyvanların vaksinasiyası, artımının qarşısını almaq üçün strelizasiya tədbirləri də nəzərdə tutulub. Strelizasiya tədbiri odur ki, sahibsiz itlər əməliyyat yolu ilə qısırlaşdırılaraq nəsil artıra bilmirlər. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə edilir. Kompleks təbdirlər planında vəhşi heyvanların da oral vaksinasiyası nəzərdə tutulur. 2015-ci ildə pilot layihə çərçivəsində Zaqatala, Balakən zonasında vəhşi heyvanların oral vaksinasiyası tədbiri aparıldı. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyinə qarşı mübarizə üsuludur. Yemlərə quduzluğa qarşı vaksin qatılaraq meşələrə qoyulur. Tədbirlər planında nəzərdə tutulur ki, vəhşi heyvanların oral vaksinasiyası davam etdirilsin. Bu yolla vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı mübarizə aparılsın. Çünki, sahibsiz heyvanlar arasında da əsasən bu xəstəlik vəhşi heyvanlarla təmasdan yaranır. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının hazırlanaraq gələn il hökumətə təqdim olunacaq”.   
 





Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___