Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistandakı "elektromaydan”ın arxasında nə durur? (VİDEO)
Tarix: 29-06-2015 | Saat: 00:22
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Ermənistandakı "elektromaydan”ın arxasında nə durur? (VİDEO)
Etiraz aksiyalarında keşişlər çox fəaldır və onların fəallığı belə bir təəssürat yaradır ki,..
Bu gün Serj Sarkisyan çox ehtiyatsız və təhlükəli bir oyuna girib. Onu bəzən Yanukoviçlə müqayisə edirlər. Guya Sarkisyan sonda Moskvaya sığınacaq. Ancaq fərq var. Rusiya Yanukoviçi qəbul edə bilərdi. Çünki o hər halda sonadək Rusiya maraqlarını qorudu, müqavimət göstərdi, Sarkisyan isə kələk gəlir, cığallıq edir. Yaranmış mənzərə Sarkisyanın iki kresloda oturma səyinin nəticəsidir.

Dildə Putinlə, Rusiyayla olduğunu deyir, amma eyni zamanda Riqa sammitinə gedir, orda bəyanat verir ki, Ermənistanın Avrasiya İttifqında iştirakı Avropayla əməkdaşlığa mane olmayacaq. Və bunun ardınca da əhalini bərbad vəziyyətdə olan enerji sistemlərində qayda-qanun yaradan Rusiya şirkətinin - Rusiyanın əleyhinə qaldırır. Və erməni təbliğatının israrla aksiyaların başında heç bir siyasi partiyanın durmadığını aşılaması da təsadüfi deyil. Yeridilən xətt belədir ki, bu aksiyanı məhz xalq keçirir. Sadə xalq. Nə Ter Petrosyan, nə Rafi Ovanesyan, nə Cerar Separidyan… Burada hələ ki, müxalifət qarışığı gözə dəymir. Diqqətimi çəkən bir maraqlı nüansı da qeyd edim: Etiraz aksiyalarında keşişlər çox fəaldır və onların fəallığı belə bir təəssürat yaradır ki, sanki prosesləri kilsə idarə edir.

Deməli Sarkisyan bütün proseslərin vahid əlaqələndiricisidir. Bu hadisələr Rusiyanın əleyhinə olduğuna görə Qərb ona məmnuniyyətlə dəstək verir. Qərbin dəstəyini alan internet televiziyalar hər gün aksiyadan canlı yayımlar təşkil edir. Ermənistan öz ölkəsində Qərbi maraqlarını dəstəkləyən yerli qüvvələrlə vaxtında boşluğa yol verib və indi o boşluq küçələrdə, meydanlarda dolur… Moskvaya üsyanın əsas ruporları sosial şəbəkələrdir. Bir az Təhrirə, bir az Maydana bənzəyən fraqmentlər var…

İndi şüarları nəzərdən keçirək. Burda da maraqlı notlar var. Məsələn, Miatsum! şüarı. Sözün düzü əvvəl bu şüar məni bir az diksindirdi, sonra anladım ki, miatsum burda balanı anaya qovuşmağa çağırış sətiraltısı daşımır, sadəcə ümumi birliyə dəvət edir. Azərbaycanlıların və Azərbaycanın bütün problemləri məhz o şüardan - Miatsum-dan başladı. Amma bu dəfə problemlərimizin həlli elə bu şüarla da başlana bilər. Bu da bir başqa şuar. “Talana son”, təsadüfən yadınıza nəyisə salmır? Deyirəm Dünya çox balacadır e vallah. Fırlanır-fırlanır gəlir eyni yerə çıxır… hətta bəzən bir şüarın üstünə…

Ermənistanda baş verənlərə göz yumarkən Qərb elə zənn edir ki, vəziyyəti məntiqi sona çatdıracaq və Ermənistanı Rusiya əsarətindən qurtaracaq. Baxmayaraq ki, orada bunun yerinə yetirə bilinməyən məsələ olduğunu da gözəl başa düşürlər. Amma “çem çort ne şutit…” Tutar qatıq. Tutmaz sa… bax o zaman sevimli fənd işə düşür - XAOS yaratmaq.

Beləliklə, artıq proses başlayıb. Bəs indi neyləmək lazımdır. Rusiyanın cavabını gözləmək qalır. Qərbliliyin xüsusiyyətlərini başa düşdük. Yəni həmişə olduğu kimi ancaq ənənəvi bəyanatlarını verdi. Birləşmiş Ştatların, İngiltərənin, Avropa Birliyinin nümayəndələri. Üzdən də olsa pislədilər: insanların zorakılığa məruz qalmasını. Dinc mitinqin dağıdılmasını. Ancaq həmin ölkələrin kütləvi informasiya vasitələri bir kəlmə belə bu barədə yazmadı. Çünki hadisələrin sonunu, qalibi gözləyirlər. Qoy qırsınlar bir-birini, deyə-deyə marıqdadırlar ki, sonda meydana ağ atlı oğlan kimi daxil olsunlar. Olmasalar belə, eyb etməz! Mənə yox, içinə ox!

Özü də qiymətlər kiməsə təzyiq etmək səbəbindən qalxmayıb. Enerjinin real dəyəri var: kilovatı 48 dramdı. İndi tələb edilir ki, bu rəqəm 41 dram olmalıdır. Bəs hər kilovata görə qalan 7 dramı kim verəcək. Rusiya isə açıq deyir ki, ay dost, ay qardaş, ay vassal oğlu vassal, mən bunu edə bilmirəm. Bu mənim özümə bir dövlət olaraq ziyan vurur. Min səbəb var. Bunlardan biri də budur ki, avadanlıq köhnədir. Bir haşiyə çıxım sizə istiyirsiz? “Barmek”in vaxtlarını xatırlamırsınız təsadüfən. Ay sağ ol. Burda da belədir. “Barmek” kimi heç nə etməyiblər, gəlib köhnə transfarmatorlar quraşıdrıblar külli miqdarda pul aparıblar… vəssəlam.

Biz bütün bunları ötən əsrdə yaşamışıq. Ermənistanın sönən işıqlarından baxsaq, görün bu yazıqlar bizdən neçə işıq ili geridədirlər. Rusiya təbii ki, öz ziyanına işləməyəcək. Lap elə tələb olunan 7 senti güzəştə getsə, yəni vəziyyətlə barışaraq razılaşsa belə, bunun davamı olacaq. Onda xəstəxanalara və digər həyati əhəmiyyətli müəssisələrə işığın verilməməsi, ümumiyyətlə elektrikin kəsilməsi tək ciddi hadisələr gözləyir. Fikrimiz özümüzə getməsin e… Orda smart sayğaclar yoxdur. Sovetdən qalma nimdaş sayğaclardır hamısı…İşlədirsən sonra pulu verirsən. İşlədib pulu verməyəndə nə olacaq? Təbii ki, ucdantutma hamısının işıqlarını kəsəcəklər.

Qərbinsə əilnə girəvə düşüb. Ermənilərin ruslara olan münasibətləri bir az da pisləşəcək. Rusiya hələ ki, müşahidə edir. Amma biz axı bilirik ki, bu fırtına ərəfəsi sakitlik də ola bilər. Putin nəinki xaricdə olan Rusiya şirkətlərinin, hətta rus dilli əhalilərin belə qarantı olduğunu elan edib. Şirkət məsələsi ortaya çıxanda həngamə qopacaq? Bu gün onun şirkətinə atmaq istəyirlər e… Doğrudur, Qərbə uzunmmüddətli qeyri-sabitlik, ermənilərə Rusiyadan istifadə edib sonra atmaq sərf edir, amma ruslara heç nəyin dəyişməməsi lazımdır. Onlar dondurmanı, daha doğrusu status-kvonu çox sevirlər.


Xəbəri paylaş

7608 dəfə oxunub.

Digər xəbərlər
27-10-2023, 13:34 Sabah 29° isti olacaq

bütün xəbərlər
____ Instagram ___