Valideyn insandan razıdırsa, Allah da ondan razıdır
Tarix: 18-08-2017 | Saat: 23:53
Bölmə:Karusel / İbadət | çapa göndər
İslam təlimləri bizə göstəriş verir ki, ata və anamıza ehsan edək. Bu iş - əməli təlimdir ki, uşaqlarımız da bizdən öyrənərlər. İmam Sadiq (ə) buyurur: “Atanıza hörmət edin ki, övladınız da sizə yaxşılıq etsin”.
O zaman ki, insan öz ata və anasına hörmət edər, onları özündən razı edər, nəticəsi budur ki, Allah da ondan razı olar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allahın rizası - valideynin rizasındadır”.
İmam Sadiq (ə) buyurur: “Həzrət Musa (ə) Allahla münacat edirdi və bir nəfəri gördü ki, İlahi ərşin kölgəsindədir. Allaha sual verir ki, bu kimdir ki, Sənin ərşinin kölgəsində qərar tutur? Allah buyurur: “Bu, o kəsdir ki, ata və anasına yaxşılıq etmişdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir nəfər Həzrət İsaya (ə) deyir: “Ey xeyir müəllimi! Mənə elə əmələ yol göstər ki, behiştə gedim”. Buyurur: “Aşkarda və gizlində İlahi təvqaya malik ol, ata və anana yaxşılıq et”.
Həzrət Peyğəmbər (s) buyurur: “Peyğəmbərlərlə ata və anasına yaxşılıq edənlər arasında bir dərəcə fasilə olar”.
Allah o kəsi ki, ata və anasının qəzəbinə səbəb olar, baxmayaraq ki, İlahi itaəti yerinə yetirsə belə, bağışlamaz. Deyər: “Hər nə istəyirsənsə et, Mən səni bağışlamıram”.
Həzrət Peyğəmbər (s) buyurur: “Dörd dəstə vardır ki, Allah Qiyamət günü onlara nəzər salmaz: 1. Ağvalideynlər. 2. Başqalarına minnət edənlər. 3. Qədəri inkar edənlər. 4. Şərabxorlar”.
İmam Sadiq (ə) buyurur: “Ağvalideyn behiştə daxil olmaz”.
Həzrət Musa (ə) Allaha buyurur: “Pərvərdigara! Filan şəhid dostum haradadır?”. Allah buyurur: “Cəhənnəmdə”. Musa (ə) deyir: “Allahım! Məgər Özün vədə verməmisən ki, şəhidləri behiştə aparacaqsan”. Allah buyurur: “Bəli, ancaq bu şəxs ağvalideyn olmağa təkid edirdi. Mən ağvalideyndən heç bir əməli qəbul etmirəm”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ağvalideyn olmaqdan çəkinin. Çünki behiştin iyi minillik yoldan hiss olunar. Ancaq ağvalideyn onu hiss etməz”.
İmam Sadiq (ə) buyurur: “Əgər insan ata və anasına zalımcasına nəzər salar, Allah namazını qəbul etməz”.
İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o kəs ki, ata və anasına vurar. Məlundur, məlundur o kəs ki, ağvalideyn olar”.
İmam Rza (ə) buyurur: “Allah ağvalideyn olmağı haram buyurmuşdur. Çünki ağvalideyn olmaq bais olar ki, İlahi itaət tofiqi ondan alınsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə günah vardır ki, Allah onların cəzasında tələsər. Onları axirətə saxlamaz. Onlardan biri də ağvalideyndir”.
(deyerler.org)
5638 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-08-2017 | Saat: 23:53
Bölmə:Karusel / İbadət | çapa göndər
Valideynə yaxşılıq və ya pislik etmək elə əməllərdəndir ki, dünya və axirətdə müsbət və mənfi təsirlərə malikdir. (Erfan)İmam Sadiq (ə) buyurur:
“O kəs ki, can verməyinin asan olmasını istəyir - sileyi-rəhm etsin və ata-anasına yaxşılıq etsin”.
İmam Baqir (ə) buyurur: “Ata-anaya yaxşılıq etmək ömrü uzadar”.İslam təlimləri bizə göstəriş verir ki, ata və anamıza ehsan edək. Bu iş - əməli təlimdir ki, uşaqlarımız da bizdən öyrənərlər. İmam Sadiq (ə) buyurur: “Atanıza hörmət edin ki, övladınız da sizə yaxşılıq etsin”.
O zaman ki, insan öz ata və anasına hörmət edər, onları özündən razı edər, nəticəsi budur ki, Allah da ondan razı olar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allahın rizası - valideynin rizasındadır”.
İmam Sadiq (ə) buyurur: “Həzrət Musa (ə) Allahla münacat edirdi və bir nəfəri gördü ki, İlahi ərşin kölgəsindədir. Allaha sual verir ki, bu kimdir ki, Sənin ərşinin kölgəsində qərar tutur? Allah buyurur: “Bu, o kəsdir ki, ata və anasına yaxşılıq etmişdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir nəfər Həzrət İsaya (ə) deyir: “Ey xeyir müəllimi! Mənə elə əmələ yol göstər ki, behiştə gedim”. Buyurur: “Aşkarda və gizlində İlahi təvqaya malik ol, ata və anana yaxşılıq et”.
Həzrət Peyğəmbər (s) buyurur: “Peyğəmbərlərlə ata və anasına yaxşılıq edənlər arasında bir dərəcə fasilə olar”.
Allah o kəsi ki, ata və anasının qəzəbinə səbəb olar, baxmayaraq ki, İlahi itaəti yerinə yetirsə belə, bağışlamaz. Deyər: “Hər nə istəyirsənsə et, Mən səni bağışlamıram”.
Həzrət Peyğəmbər (s) buyurur: “Dörd dəstə vardır ki, Allah Qiyamət günü onlara nəzər salmaz: 1. Ağvalideynlər. 2. Başqalarına minnət edənlər. 3. Qədəri inkar edənlər. 4. Şərabxorlar”.
İmam Sadiq (ə) buyurur: “Ağvalideyn behiştə daxil olmaz”.
Həzrət Musa (ə) Allaha buyurur: “Pərvərdigara! Filan şəhid dostum haradadır?”. Allah buyurur: “Cəhənnəmdə”. Musa (ə) deyir: “Allahım! Məgər Özün vədə verməmisən ki, şəhidləri behiştə aparacaqsan”. Allah buyurur: “Bəli, ancaq bu şəxs ağvalideyn olmağa təkid edirdi. Mən ağvalideyndən heç bir əməli qəbul etmirəm”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ağvalideyn olmaqdan çəkinin. Çünki behiştin iyi minillik yoldan hiss olunar. Ancaq ağvalideyn onu hiss etməz”.
İmam Sadiq (ə) buyurur: “Əgər insan ata və anasına zalımcasına nəzər salar, Allah namazını qəbul etməz”.
İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o kəs ki, ata və anasına vurar. Məlundur, məlundur o kəs ki, ağvalideyn olar”.
İmam Rza (ə) buyurur: “Allah ağvalideyn olmağı haram buyurmuşdur. Çünki ağvalideyn olmaq bais olar ki, İlahi itaət tofiqi ondan alınsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə günah vardır ki, Allah onların cəzasında tələsər. Onları axirətə saxlamaz. Onlardan biri də ağvalideyndir”.
(deyerler.org)
Digər xəbərlər
11-12-2016, 10:50
İstirahət gününün HAVAsı
16-04-2017, 18:14
Türkiyədə seçki məntəqəsinin qarşısında atışma: ölənlər var
18-06-2018, 12:51
DÜNYA ÇEMPİONATI:Bu gün 3 qarşılaşma keçiriləcək
7-10-2018, 12:15
Məşhur kikboksçumuz Almaniyada inamlı qələbə qazandı - VİDEO
29-12-2016, 11:46
Əli Abbasov MTN-lə əməkaşlığından - Danışdı
13-08-2015, 14:03
Baş həkim: «Məndən yazsanız, 100 min manat təzminat qoyduracam boynunza»
24-03-2019, 14:44
Abşeronda "Shacman" yandı
3-08-2019, 20:52
“WhatsApp” və “instagram”ın adları dəyişdiriləcək
28-07-2018, 11:38
Bakıda sükan arxasında narkotik çəkən avtobus sürücüsü danışdı
20-06-2017, 13:21
Yağış yağacaq