Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaponiya haqqında bilmədiklərimiz...
Tarix: 18-08-2017 | Saat: 17:25
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər



1. Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90% onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.
2. Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır.
3. Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, “dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.
4. Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.
5. Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.
6. Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.
7. Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.
8. Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər. 
9. Maraqlı fakt – Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan zibil və yenidən emal oluna biləcək zibil.
10. Yaponlar çox utancaq xalqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini biruzə verə bilmirlər. “Səni sevirəm” kəlməsini demək qəhrəmanlıq kimi hesab olunur.
11. Yapon ailələrində ailə daxil münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini də bilməyə bilərlər.
12. Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzləri və bədənləri qızarır.
13. Yaşlı yaponların pensiyası çox azdır. Maksimal pensiya 300 dollar təşkil edir. Bu o deməkdir ki, hər bir yapon öz qocalığını təmin etməlidir.
14. Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün, yaponları rahat şәkildә “qarışqa” adlandırmaq olar.
15. Yapon dilində “karoşı” sözü var. Tərcümədə “çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10 000 insan ölür.
16. Gündoğan ölkəsində işə vaxtında gəlmək adət deyil. İş yerində yarım saat əvvəl gəlmək lazımdır.
Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu hal tərbiyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı.


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
11-05-2022, 12:48 DSX hərbçisi intihar etdi

bütün xəbərlər
____ Instagram ___