Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”
Tarix: 17-08-2017 | Saat: 17:32
Bölmə:Karusel / Gündəm | çapa göndər


“Aşıqlar Birliyindən 2-3 nəfər toylarda oxuyur onları tanıyıram. Bizim aşıq sənətinə böyük hörmətimiz var. Ona görə ki, biz Aşıq Ələsgər yurdundanıq. Mənim babam Aşıq Ağayar da Aşıq Ələsgərin şagirdi olub.  Amma çox təəssüflər olsun ki, bu gün Aşıqlar Birliyini və aşıq sənətini yararsız hala gətiriblər. Onların heç bir fəaliyyəti yoxdur”.
 
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında deyib.
 
Hafiz Hacıyev Aşıqlar Birliyininin işçilərinin bu sənəti öldürdüklərini deyib.
 
“Bu gün Aşıqlar Birliyininin fəaliyyəti məni qane etmir. Düşünürəm ki, Aşıqlar Birliyinində islahata çox böyük ehtiyac var. Kiminsə xahişi ilə Aşıqlar Birliyininin sədri olanlar bu sənəti məhv edib. Aşıqlar Birliyində vəzifədə oturanların çoxunun bu sənətdən xəbəri də yoxdur. Ona görə də bizim aşıq sənəti bu günə qalıb”.
 
Partiya sədri şeir yazmaq, saz çalıb-oxumaq qabiliyyətinin olduğunu deyib.
“Sadəcə olaraq mən başqaları kimi kitab çap etdirmirəm. Sazda çalıb-oxuya bilirəm. Həmçinin siyasət başımı o qədər qatıb ki, bu sahədə öz gücümü ortaya qaya bilmirəm. Həm də bəzi adamlar var ki, bu sənəti korlayırlar. Aşıq sənəti Azərbaycanda tənəzzül dövrünü yaşayır. Belə getsə biz bu sənəti itirəcəyik. Çünki Aşıqlar Birliyində vəzifədə naşılar oturub”.
 
Hafiz Hacıyev “gələcəkdə  Aşıqlar Birliyinə üzv olmaq fikriniz yoxdur ki? sualına belə cavab verib:
 
“Xeyr. İndi aşıq sənəti qalmayıb.  Mən nə aşıq olası, nə də saz çalası deyiləm. Çünki Azərbaycanın prezidenti olmalıyam. Onu da deyim ki, prezident olduqdan sonra Aşıq sənətinin inkişaf etdirilməsi üçün xüsusi sərəncam imzalayacağam. Bu qurumda vəzifədə oturan  şəxsləri işdən azad edəcəyəm. Düşünürəm ki, bundan sonra Azərbaycanda aşıq sənəti inkişaf edər”. 
(modern)


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___