Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən simic və acgöz BÜRCLƏR
Tarix: 16-08-2017 | Saat: 20:13
Bölmə:Karusel / Qoroskop | çapa göndər


Bu dəfə ən səxavətli və simic zodiak işarələrindən söhbət açmışıq.
Kişi zodiakı işarələrinin pula münasibətinə dair qısa xarakteristikasını təqdim edirik:
Qoç
Qoç həm səxavətli, həm də məntiqlidir. O, heç vaxt elə-belə, yalnız perspektiv üçün pul xərcləməyəcək. Əgər başa düşsə ki, hansısa layihə faydalı olacaq, onda o, pul əsirgəməyəcək.
Buğa
Buğalar sevirlər ki, onlara pul xərcləsinlər. Əgər pulsuz gəzmək imkanı tapsalar, bu barədə çox düşünməyəcəklər. Bu bürcün kişi nümayəndələri arasında alfonslara tez-tez rast gəlinir. Maraqlıdır ki, Buğa bürcündən olan qızlar adətən kişilərdən daha səxavətlidir.
Əkizlər
Əkizlər bürcü öz əhatəsindən asılı olaraq həm səxavətli, həm də əksinə ola bilər. Onlar kütlə qarşısında əliaçıq olduqlarını nümayiş etdirməyi istəyirlər. Təklikdə isə vəziyyət adətən pisliyə doğru dəyişir.
Xərçəng
Bu bürcün nümayəndələri ailəcanlı olması ilə fərqləndiyi üçün yaxınlarına böyük məmnuniyyətlə pul xərcləyir. Xüsusilə bu, daha yaşlılar arasında özünü göstərir. Xərçəng bürclərinin evində həmişə rahat interyer, yumşaq mebel, ləzzətli yeməklər olacaq.
Şir
Ümumi fikrə zidd olaraq Şir bürcləri düşünüldüyü kimi səxavətli deyil. Onlar doğma və yaxınlarına pul xərcləməyi, hədiyyələr almağı sevirlər. Lakin yaxın olmayan adamlara bir qəpik də xərcləməyəcəklər.
Qız
Qız bürcünün kişiləri pullarını göyə sovurmaq üçün qazanmır. Onlar hədiyyə seçimində daha ucuzunu almağa üstünlük verir. Bununla belə onlar alış-veriş haqqında danışmağa çox sevir.
Tərəzi
Bu bürcün kişiləri səxavətli və qonaqpərvərdir. Onlar doğmaları və dostları üçün hər an bayram təşkil etməyə hazırdır. Xüsusilə, özgə hesabına.
Əqrəb
Əqrəblər üçün vacibdir ki, ətrafdakılar onların gəlir və imkanlarını qiymətləndirsin. Odur ki, bu bürclər səxavətlərini adətən əsirgəmirlər.
Oxatan
Oxatan kişiləri elə də xəsis bürc deyil. Hətta bəzi işləri təmənnasız görürlər. Yəqin ki, bu səbəbdən onların maliyyə durumu həm yaxşılığa doğru dəyişir, həm də necə deyərlər yardım etmək savabdır.
Oğlaq
Xəsis deyillər, onlar evdardır. Düzdür, bu, heç də asan olmur. Hədiyyələr cəmiyyətin vəziyyətindən asılı olaraq verilir.
Dolça
Dolçalar nəinki səxavətlidir, eyni zamanda yaxınlarının bir xahişini heç vaxt iki etməzlər. Dostlarının nə arzuladıqlarını tapa bilirlər.
Balıq
Balıq bürcləri həmişə olduğu kimi birmənalı deyil. Əksər hissəsi xəsisdir, amma bütövlükdə əhval-ruhiyyədən çox şey asılıdır.
P.S. Həyatınızı kiminlə birləşdirməyinizdən asılı olmayaraq unutmayın ki, səxavət çox nisbidir. Hər zaman yalnız xərcləyən tərəf, ya da alan tərəf olmaq olmaz. İstənilən münasibətləri zodiak işarələrindən asılı olmayaraq qarşılıqlı surətdə qurmaq lazımdır.



9228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___