Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağcaqanad sancması hansı xəstəliklər yarada bilər?
Tarix: 28-06-2015 | Saat: 21:24
Bölmə:Karusel / Səhiyyə / M2 / Foto-fakt | çapa göndər

Ağcaqanad sancması hansı xəstəliklər yarada bilər?

Xeberaz.az xəbər verir ki, Mütəxəssislərin fikrincə, ağcaqanad sancması malyariya, laym və bu kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlarla yanaşı "inset bit" adlı qaşınmalı allergik xəstəlik meydana çıxa bilər ki, bu da bütün bədənə yayılaraq, qana mikrob salır. Ağcaqanad sancması yuxu rejimini pozmaqla insanın əsəb sisteminə də təsir edir.
Bu problemlərlə qarşılaşmamaq üçün insanlar illərlə ağcaqanadlara qarşı mübarizə üçün müxtəlif üsullar axtarıblar. Hazırda ağcaqanadlardan qorunmaq üçün zeytun yağlı olan sabunlar, bəzi kimyəvi maddələr, bitki mənşəli yağlar, müxtəlif yandırılaraq istifadə edilən dərmanlardan istifadə edilir.
Pediatr İlhamə Qurbanovanın sözlərinə görə, körpə uşaqları ağcaqanadlardan xüsusilə qorumaq lazımdır. Ancaq uşaqlar üçün kimyəvi ağcaqanad dərmanlarından da istifadə etmək olmaz. Çünki bu, azyaşlıların sağlamlığı üçün təhlükəlidir. "Uşaqların bədəninə ağcaqanada qarşı spreylərdən vurmaq olmaz. Çünki uşağın dərisi zərif olur və istifadə etdiyiniz sprey onun qanına keçə bilər. Bəzən fikir verirəm ki, ağcaqanad dərmanlarını uşaqlar əlində oynadır. Valideynlərsə buna o qədər də əhəmiyyət vermirlər. Amma unutmamaq lazımdır ki, bu dərmanların tərkibində olan kimyəvilər uşağı zəhərləyə bilər".
ABŞ mütəxəssislərinin araşdırmaları zamanı məlum olub ki, ağcaqanadların məhvi üçün olan qoxulu dərmanların tərkibində Deet kimyəvi maddəsi var ki, bu da birbaşa mərkəzi sinir sisteminə təsir edir. Deet tərkibli dərmanların həddən artıq istifadəsi danışma problemləri, dalğınlıq, koma və s. bu kimi hallara səbəb ola bilər.
Ağcaqanadlardan qorunmaq üçün elektrik cihazlarına taxılaraq istifadə olunan həblər də satılır. Bu həblər paymamin forte adlı kimyəvi maddə ilə hazırlanır. Bu kimyəvi maddə ilə zəhərlənən zaman nəfəs darlığı, tərləmə, başgicəllənməsi, ürək bulanma və qusma müşahidə edilir.
Ağcaqanad əleyhinə dərmanlardan istifadə edilən zaman otağın pəncərəsi açılmalıdır. Əgər otaqda akvarium və ya qəfəs varsa, bunların üzərini örtmək lazımdır. Bu kimyəvi maddənin suda olan mikroorqanizmlərə də zəhərli təsiri var. Bu səbəbdən çalışmaq lazımdır ki, bu dərmanların havasından nəfəs alınmasın və həb yerləşdirdikdən sonra əllər, bol sabunlu suyla yaxşıca yuyulmalıdır. Həblər ağız və gözlə təmasda olmamalıdır.
Ağcaqanadlar qızdırma, filariazis, tay, sarı qızdırma və ensefalomyelitis kimi viral və ya parazit xəstəlikləri insanlara yoluxdura bilir. Ağcaqanadlar heyvanları da dişlədikləri üçün insan orqanizmi üçün daha böyük təhlükə daşıyır. Araşdırmalara görə, ağcaqanadlar dünyada ən çox insan öldürən həşəratdır. Xüsusilə Afrikada qızdırma və fil xəstəliyini sancma yolu ilə yaydıqlarına görə kütləvi ölümlərə səbəb ola bilirlər.
Bioloq Nailə Eyyubqızının sözlərinə görə, ağcaqanadların yalnız dişiləri qan sorur. İki hissədən ibarət olan xortumlarını dəriyə soxaraq qanı sormağa başlayırlar. Bu vəziyyətdə canlının narahat olmaması üçün ağcaqanad tüpürcəyi ilə birlikdə narkotik bir maddə ifraz edir. Və həmin maddə sancılan yeri keyidir. Ağcaqanadlar tüpürcəkləri vasitəsilə xəstəlik də bulaşdıra bilərlər. Ağcaqanadların ən çox yaydığı xəstəlik qızdırma xəstəliyidir. Ağcaqanad sancmasından sonra həmin yerin qaşınması isə ağcaqanadın tüpürcəyinin insanın dərisində reaksiya verməsi ilə bağlıdır. Yəni ağcaqanad qanı torbasına doldurduqca buraxdığı tüpürcəyi də geri sorur, amma onu öldürəndə və ya uçuran zaman tüpürcək dəridə qalır, allergiyaya səbəb olur.
Qeyd etdiyimiz kimi, ağcaqanadların ən çox yoluxdurduğu xəstəlik qızdırma-malyariya xəstəliyidir. Malyariya dişi anofel cinsi ağcaqanadlarda olan parazitlərin, insanları dişləməsiylə meydana gələn, qızdırma və titrəmə ilə müşahidə edilən bir xəstəlikdir. Xəstəliyin diaqnozu və müalicəsi mümkündür. Amma müalicə edilmədiyi təqdirdə ciddi problemlərə gətirib çıxara, hətta ölümə də səbəb ola bilər.
Dünyada təxminən 200 milyona yaxın insan malyariyaya yoluxub. Terapevt Məlahət Abbasova bildirir ki, xəstəlik zamanı qızdırmaya səbəb plazmodium adlı təkhüceyrəli parazitlərdir. Bu parazitlərin yaşaya bildiyi tək yer insan orqanizmidir. Bu parazitlərin hamısı qızdırmaya səbəb olur və anofel tipli ağcaqandların dişləməsi nəticədində meydana gəlir. Belə ağcaqanadlar isti və rütubətli yerlərdə yaşayır. Parazitlərin yaratdığı qızdırmanın dərəcəsi müxtəlif olur. Qızdırma 3 gündən bir yüksəlir və dözülməz həddə çatır. Qızdırma aralıqlarıa müşahidə edilir. "Qızdırma yüksəlməmişdən 2-3 gün əvvəl xəstədə bəzi əlamətlər müşahidə edilir. Xəstə özünü yorğun və halsız hiss edir, iştahası olmur. Bununla yanaşı, başı, ayaqları və kürəyində ağrılar müşahidə edilir. Qızdırma zamanı titrəmə müşahidə edilir ki, bəzən bu, 2 saata yaxın davam edə bilir. Dəri quruyur və istilik həddən artıq yüksək olur. Nəbz yüksəlir və xəstədə əsəbilik müşahidə edilir. Qızdırma artdıqca qaraciyər və dalaqda böyümə müşahidə edilir. Dalaq cırılarsa, daxili qanaxma meydana gələr. Qan azlığı ilə yanaşı xəstədə tənəffüs çatışmazlığı müşahidə edilə bilər".
Malyariya xəstəliyindən qorunmaq o qədər də asan deyil. Amma bataqlıq, göl, çirkab suları olan ərazilərdən uzaq olmaq lazımdır. Xəstəlik əsasən 15 yaşından böyük şəxslərdə müşahidə edilir. Statistikaya görə, malyariyaya ən çox tutulan və ən tez sağalan da məhz qadınlardır. (ekspress.az)


Xəbəri paylaş

4 3308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___