Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ya Burak Özçivit, ya da Çağatay Ulusoy...” – GƏNCLƏR ÖZLƏRİNİ NİYƏ ULDUZLARA BƏNZƏDİR?
Tarix: 15-08-2017 | Saat: 16:07
Bölmə:Karusel / Maraqlı | çapa göndər






Son vaxtlar ətrafımızda  gənc oğlanların havalı, uzun, topuz, dalğalı, sport saç düzümlərinə  və saqqala üstünlük verdiyini görürük. Bir çoxlarına belə saç düzümləri yaraşsa da, bəziləri bunu məhz  hansısa  modelə, futbolçuya,  yaxud da tanınmış aktyora bənzəmək üçün edir. İndi bərbərə müraciət edənlər azdır. Bərbərxanaların yerini isə  indi  daha müasir və müxtəlif adlarla istifadəyə verilən salonlar tutub. 

Bu salonlarda çalışan ustalar isə gənclərin arzuladığı saç modellərini onların istədiyi şəkildə  kəsir, formaya salır, xarizmatik görsənməkləri üçün əlindən gələni edir. İlk olaraq bəylərdən saç düzümlərini nəyə əsasən seçdiyini soruşduq.
Saç ustası Miryusif Bağırov ilk olaraq bildirdi ki, bu ilin trendi  alman və italyan stilli saçlardır. Usta deyir ki, onlara müraciət edənlərin əksəriyyəti türk aktyorlarının saç formasını tələb edir: "Müştəri əlində şəkillə gəlir ki, bu saçı mənə düzəlt. Baxırsan ki, bu saç həmin adamda alınmayacaq. Başa salırıq ki, alınsa belə mükəmməl görüntü ortaya çıxmayacaq. Yenə tələb edirlər, istədikləri saç modelini gətirib çıxarırsan ortaya eyni nəticə vermir. Elə vaxt olur ki, həqiqətən gülünc saç modeli ortaya çıxır. Ola bilər 2017 saç modelinə uyğun olmayan bir saç modeli olsun . Məsələn "palma kazirok" deyilən bir saç stili var, o saç daha çox yaraşır, amma onlar sırf istəyirlər ki, Burak Özcivitə yaxud da, Çağtay Ulusoya oxşasınlar. Nəticədə xoşagəlməz görüntü alınır".
Usta deyir ki,  müasir salonların daha yaxşı cəhəti ondan ibarətdir ki, burada bütün əşyalar sterilizə edilir. Qiymətlərlə  maraqlanırıq: "Bizdə saçlar yuyulur, kəsilir, fen çəkilir, o formada saçlar 10 AZN-dən başlayır. Artıq xidmətlər olarsa, orda skrablar, maskalar, qara çivzələrin aradan qaldırılması olsa, qiymətlər 10-25 manat arasında dəyişir. Əgər orada sterilizə olunmuş aparat varsa, sən əgər bu qayçını spirtlə yox, stilizatorda təmizləyirsənsə, bahalı maşından bahalı spreylərdən istifadə edirsənsə, bu müştəriyə verilən dəyərdir. Bunun qarşılığında o da ürək rahatlığı ilə pul verir. Körpəsini gətirəndə ürək rahatlığı ilə gətirir ki, burada hər şey sterilizə olunmuş əşyalardır".
Müsahibimiz deyir ki, bəzi gənc oğlanlar  saçlarının qabaq hissəsini müxtəlif rənglərdə boyadır ki, bu da daha çox məşhur futbol ulduzlarının tərzidir: "Şar deyilən bir aparat var, o keçirilir başa, saçın  ön hissəsindən. Həmin şardan bir-bir həmin saçlar rənglənilir. "Ambre refle" stilidir bu. Messi, Ronaldoda o tipli saçlardır. Çünki onların saçlarının qabağı ya sarı, ya qırmızı olur. Bu rənglər isə 30 AZN-dən başlayan qiymətlərdir.
Üz quruluşlarına görə kişilərə daha çox hansı saç düzümlərinin yaraşdığını da soruşduq: "Məsafə var. Düz simmetrik, əyri simmetrik sifətlər var. Piramida sifətlər var. Düz formada olan sifətlərə - darağı qoyuruq, əgər daraq düz görsənirsə, həm aşağı hissəyə yönəldilən saç yaraşır, həm də yuxarı hissəyə.  Uzun girdəli sifət üçün uzun saç yaraşır. Arxasını uzatmaq da yaraşır. Bir insanın sifəti yumrudursa, yumru sifətə saçı uzatmaq yaraşmır. Boyu balaca insanlara uzun saç yaraşmır. Yumru sifət və balaca boy insanlara  az saç yaraşır. Arıq insanlara isə saçları yuxarı qaldırmaq daha çox yaraşır".
Müsahibimiz  başına gələn bir neçə xoşagəlməz və maraqlı hadisəni də danışır: "Sənətdə gənc olan vaxtlarımda balaca uşağın saçını kəsirdim, uşaq tərpəndi, ağladı, qulağının tam hissəsini yox, az hissəsini bir az kəsmişdim. Bu yaxınlarda isə bizim burda səs kolonkası var idi. Partladı, müştərinin saçını kəsirdim, arxa hissəsini pis vəziyyətə qoydum".
Usta deyir ki, təkcə gənclər deyil, orta yaşlı insanlar var ki, saçlarına düşən ağ dənləri rənglədir, qaşlarını səliqəyə salırlar: "Hə. Çox xoşuma gəldi. Təşəkkür edirəm usta. Toy adı ilə qızla görüşə gedəcəyəm. Toya gedirəm deyəndə o qədər də yaxşı alınmır. Qızla görüşə gedəndə daha  yaxşı saç düzümü edir".apa




Xəbəri paylaş

1 7558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___