Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ali məktəblərə birinci mərhələdə qəbula dair məlumatlar açıqlandı - STATİSTİKA
Tarix: 14-08-2017 | Saat: 16:51
Bölmə:Karusel / Təhsil | çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə (I mərhələ üzrə) qəbula dair bəzi statistik məlumatları açıqlayıb.
 
DİM-dən verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.
 
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric)  müsabiqəsində  42804 abituriyent iştirak edib.
 
Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma  faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə  2579-dur(41.30 %).
 
Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub.  
 
Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
 
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
 
Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur: 
 
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra) 
 
İxtisas
qrupu
Qəbul
planı
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)Qəbulolma
faizi
Vakant 
yerlərin 
sayı (%)
Azərbaycan bölməsiRus 
bölməsi
Bölmələr 
üzrə cəmi
I1377710239 (5012)1138 (514)11377 (5526)82.572401 (17.43)
II128609415 (1892)1184 (171)10599 (2063)82.422261 (17.58)
III97458205 (2125)696 (107)8901 (2232)91.34844 (8.66)
IV32202615 (1229)228 (67)2843 (1296)88.29377 (11.71)
V30672316 (568)392 (90)2708 (658)88.29359 (11.71)
CƏMİ4266932790 (10826)3638 (949)36428 (11775)85.376242 (14.63)
 
DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra) 
 
 
İxtisas
qrupu
Qəbul
planı
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)Qəbulolma
faizi
Vakant 
yerlərin 
sayı (%)
Azərbaycan bölməsiRus 
bölməsi
Bölmələr 
üzrə cəmi
I128029834 (4939)1106 (505)10940 (5444)85.451863 (14.55)
II96957838 (1832)1096 (168)8934 (2000)92.15761 (7.85)
III80156824 (2094)669 (106)7493 (2200)93.49522 (6.51)
IV29502509 (1219)226 (67)2735 (1286)92.71215 (7.29)
V29622279 (568)381 (90)2660 (658)89.80302 (10.20)
CƏMİ3642429284 (10652)3478 (936)32762 (11588)89.943663 (10.06)
 
ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
 
İxtisas
qrupu
Qəbul
planı
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)Qəbulolma
faizi
Vakant 
yerlərin 
sayı (%)
Azərbaycan bölməsiRus 
bölməsi
Bölmələr 
üzrə cəmi
I975405 (73)32 (9)437 (82)44.82538 (55.18)
II31651577 (60)88 (3)1665 (63)52.611500 (47.39)
III17301381 (31)27 (1)1408 (32)81.39322 (18.61)
IV270106 (10)2 (0)108 (10)40.00162 (60.00)
V10537 (0)11 (0)48 (0)45.7157 (54.29)
CƏMİ62453506 (174)160 (13)3666 (187)58.702579 (41.30)


Xəbəri paylaş

8808 dəfə oxunub.

Digər xəbərlər
19-04-2017, 13:03 SABAHIN HAVASI

bütün xəbərlər
____ Instagram ___