Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ronaldo 12 oyunluq cəzalana bilər
Tarix: 14-08-2017 | Saat: 16:35
Bölmə:Karusel / İdman | çapa göndər

Ronaldo 12 oyunluq cəzalana bilər
Kriştianu Ronaldo “Barselona” ilə İspaniya Superkuboku uğrunda ilk qarşılaşmada baş hakim Rikardo de Burqos Benqoçeanı itələdiyinə görə ağır cəza ala bilər.
“Marca” nəşri 32 yaşlı hücumçunun bu hərəkətə görə 12 oyunluq cəza ala biləcəyini yazıb.
Referi protokolda qırmızı vərəqəyə etiraz edən Ronaldonun onu itələməsini qeyd edib. Reqlamentə əsasən, bu halda futbolçunu 4-dən 12 oyuna qədər cəza gözləyir. Portuqaliyalı forvard 4 oyun cəza alarsa, bu, yalnız İspaniya Super Kuboku matçlarına aid ediləcək. 5 və daha artıq görüşlük diskvalifikasiya isə İspan Futbol Federasiyasının bayrağı altında keçirilən bütün turnirlərə aid ediləcək.
Xatırladaq ki, portuqal ulduz “Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 57-ci dəqiqəsində meydana daxil olub. O, 80-ci dəqiqədə vurduğu qolu qeyd edən zaman futbolkasını soyunduğu üçün ilk, üç dəqiqə sonra isə simulyasiyaya görə ikinci “sarı”nı görərək meydandan qovulub. Qərarla razılaşmayan hücumçu arxadan referini itələyib.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___