Qadınların beyni kişilərdən daha aktivdir
Tarix: 14-08-2017 | Saat: 10:21
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər. Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.
Tədqiqatçılar 119 könüllü və 27 minə yaxın beyin travması, şizofreniya, bipolyar affektiv pozuntu, duyğu və qavrama pozuntuları və diqqət əskikliyi kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində araşdırma aparıblar. Ümumilikdə, 128 beyin bölgəsi təhlil edilib. Araşdırma zamanı qadınların beyninin bir çox hissəsinin, xüsusilə fokus və impuls nəzarətlə bağlı prefrontal qabığının və əhvali-ruhiyyə və narahatlıq hissi ilə əlaqəli beynin limbik və ya emosiya sahələrinin kişilərdən daha aktiv olduğu məlum olub. Beynin koordinasiya və vizual mərkəzlərinin isə kişilərdə qadınlardan daha fəal olduğu müşahidə edilib. Həmin müxtəlifliklər qadın və kişilərə fərqli təsir edir. Zərif cinsin nümayəndələrində alzeymer xəstəliyi riski, depressiya, narahatlıq hissi yüksək olduğu halda, kişilərdə davranış problemləri, diqqət əskikliyi və hiperaktivlik riski daha çoxdur.
Xəbəri paylaş
6578 dəfə oxunub.
Digər xəbərlər

12-08-2015, 13:14
Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutuldu - FOTO
10-03-2017, 21:23
Qadınları xoşbəxt etmək üçün SINANILMIŞ 9 ÜSUL
2-12-2016, 10:40
Əl çantasından “beşbarmaq” çıxdı
7-03-2016, 11:20
Günün ulduz falı: ehtiyatlı olun, pul itkiləri olacaq
5-07-2021, 10:10
Xəzərdə partlayış baş verən yerdən YENİ görüntülər - VİDEO
17-10-2016, 11:27
23 yaşlı qız intihar etdi - Tovuzda
16-11-2021, 10:55
“Qarabağ alınsın, səni özüm alacam” deyən şəhidə o qızdan reaksiya
19-01-2017, 13:53
Sosial şəbəkədə yazdıqlarınıza DİQQƏT EDİN
14-07-2023, 18:34
Güclü külək əsəcək, leysan olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ