Azərbaycan əhalisi xərclədiyi pulun 45,4 faizini ərzaq almağa sərf edir
Tarix: 11-08-2017 | Saat: 22:48
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19 milyard manata bərabər olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Rəsmi məlumata görə, ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 11,7 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3 faiz, fərdi sahibkarlar üzrə 2,2 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

22-03-2015, 15:44
Sərksiyandan şok etiraf: "Müharibədən qorxuram"
15-03-2023, 14:25
"Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram" - Dünənki ağır qəzanın səbəbkarı - VİDEO
8-07-2015, 21:42
Qarabağdan yeni FOTOLAR
2-05-2015, 13:55
Gürcüstanda azərbaycanlı namus üstə tanışını öldürdü.
22-06-2018, 19:22
Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi
31-01-2019, 11:35
Pul qarşılığında yeməyə getmək fahişəlikdir”
5-07-2015, 22:07
88 yaşlı Fidel Kastro pendir istehsalçıları ilə görüşdü (VİDEO)
13-01-2016, 10:30
Azərbaycan nefti ucuzlaşdı
20-01-2019, 16:16
Mübariz Qurbanlı: Mehman Hüseynov haqqında məsələni şişirdərək Azərbaycana qarşı istifadə edirlər
8-02-2019, 15:10
Arvadını evində xalası oğlu ilə yataqda tutdu, ağzından güllələdi - Azərbaycanda namus cinayəti