ANS-in jurnalları niyə bağlandı? - Teleşirkətdən CAVAB: “O qədər borclarımız var ki...”
Tarix: 09-08-2017 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən ilin iyulunda ANS telekanalının bağlanması gündəmi zəbt edən əsas məsələlərdən idi. Telekanalın qapadılmasına səbəb Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.
Müsahibədən sonra “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
Lakin telekanal və radio ilə yanaşı, “ANS PRESS Nəşriyyat Evi” MMC müxtəlif jurnallar da dərc etdirib. “Hesabat”, “Bala dili”, “Elli”, “Elman”, “Aysel” kimi jurnallar oxuculara təqdim edilirdi.
Maraqlıdır, hazırda ANS şirkətlər qrupuna məxsus olan həmin jurnallardan hansısa fəaliyyət göstərirmi? Bu jurnalların aqibəti necə olub?
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında bildirib ki, maliyyə qaynağı olmadığı üçün şirkətə məxsus olan jurnallar da öz fəaliyyətini dayandırıb:
“Hazırda bizim fəaliyyətimiz tam şəkildə dayanıb. Bu səbəbdən bir qəpik də qazana bilmirik. Belə olduğu halda hansı vəsaitlə jurnal dərc etdirə bilərik? O qədər borclarımız var ki... Camaatın maaşını necə verək?...Yaxşı bilirsiniz ki, jurnal dərc etdirmək üçün işçi, vəsait, maliyyə qaynağı lazımdır”.
AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dəfələrlə açıqlamasında ANS-in avadanlıqları ilə bağlı məsələdə qeyri-müəyyənlik olduğunu və şirkətin binadan əmlakını çıxarmadığını bildirib. Hətta institut direktoru açıqlamasında avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də qeyd edib.
M.Məmmədov bununla bağlı ünvanladığımız sualı belə cavablandırıb:
“Avadanlıqlarla bağlı hər hansı irəliləyiş yoxdur, hamısı eyni yerdədir. Tutaq ki, biz bu avadanlıqları binadan çıxartdıq, bəs hara qoyacağıq, küçəyə?...Axı bizim binamız da yoxdur. Zoologiya İnstitutu çox şey deyə bilər. ANS-in əmlakı ilə əlaqəli məsələ məhkəməlikdir”.
(modern.az)
Xəbəri paylaş
7878 dəfə oxunub.
Digər xəbərlər

19-04-2016, 12:20
Talehin adamlarından qumbara və trotil çıxdı
10-11-2021, 10:45
Kompüterdə “WhatsApp”dan istifadə edənlərin nəzərinə...
30-03-2017, 13:37
Azərbaycanlılar erməni məşhurların Instagram-ından himnimizi səsləndridilər - FOTO
18-03-2017, 11:10
Prezident və xanımı Novruz şənliyində iştirak edib
14-09-2020, 16:30
DYP-dən sürücü və piyadalara MÜRACİƏT
19-07-2015, 11:30
Nəhəng asteroid yaxınlaşır - Yer təhlükədədir
24-03-2016, 14:11
Keçmiş MTN generalından şikayət
25-04-2017, 13:22
Hostel və otel məsələsi deputatları üz-üzə qoydu
19-06-2019, 11:00
Pensiyalar da qalxır - Prezidentdən daha bir tapşırıq
22-07-2015, 14:21
Qayalarda salınmış əsrarəngiz şəhərlər – FOTO